Filippində baş verən zəlzələdən sonra sunami xəbərdarlığı edilib
Filippin Milli Polisinin məlumatına görə, Mindanaonun şimalında və mərkəzində 37 bina, o cümlədən məktəblər, xəstəxanalar və yaşayış binaları zədələnib Zərərçəkən ərazilərə polis əməkdaşları səfərbər edilib. Onlar əhaliyə yardım göstərirlər, dəymiş ziyanın hesablanması da davam edir Filippin pre

Filippin Milli Polisinin məlumatına görə, Mindanaonun şimalında və mərkəzində 37 bina, o cümlədən məktəblər, xəstəxanalar və yaşayış binaları zədələnib Zərərçəkən ərazilərə polis əməkdaşları səfərbər edilib. Onlar əhaliyə yardım göstərirlər, dəymiş ziyanın hesablanması da davam edir Filippin prezidenti kiçik Ferdinand Markos zəlzələnin baş verdiyi Mindanao adasının cənub sahillərində bir neçə bölgəsində dərslərin dayandırılması barədə göstəriş verib. Dövlət başçısı təbii fəlakətin nəticələrinin aradan qaldırılması, humanitar yardımın göstərilməsini və təxliyə mərkəzlərinin fəaliyyətini təmin etmək üçün dövlət qurumlarına da tapşırıq verib General Santos şəhərində yeraltı təkanlar bir sıra binaların uçmasına səbəb olub. Adanın bəzi bölgələrində elektrik enerjisi kəsilir. General Santos hava limanında da əməliyyatlar dayandırılıb Filippin Vulkanologiya və Seysmologiya İnstitutu sunami xəbərdarlığı edib


