Bakıda hündürmərtəbəli binada baş verən yanğın söndürülüb. Xəsarət yoxdur - şəkil; video; 17:24 yeniləndi
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, 9-cu mikrorayonda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın söndürülüb Təhlükəsizlik tədbirləri çərçivəsində ev sakinləri Fövqəladə Hallar Naz

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, 9-cu mikrorayonda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın söndürülüb Təhlükəsizlik tədbirləri çərçivəsində ev sakinləri Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən təhlükəsiz əraziyə təxliyyə edilib İlkin məlumata görə, yanğın nəticəsində binanın şaxtasında elektrik naqilləri və damdakı ventilyasiya qurğusunun mühərriki yanıb Hadisə nəticəsində ölən və yaralanan olmayıb Bakı şəhəri, 9-cu mikrorayonda çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib Məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin, eləcə də Bakı Regional Mərkəzinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğının söndürülməsi işləri davam etdirilir. Əlavə məlumat daha sonra Fövqəladə Hallar Nazirliyi tərəfindən veriləcək pic.twitter.com/7sk8pfCyPn


