Səfir Bakı ilə Paris arasında enerji sahəsində əməkdaşlığın yeni istiqamətlərini qeyd edib
Enerji sektoru ölkələrimiz arasında əməkdaşlıq sahələrindən biridir və gələcəkdə onun inkişafı üçün daha da geniş imkanlar var Day.Az xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Sofi Laqo Gəncəyə səfəri zamanı Trend-ə müsahibəsində deyib "Həm enerji, həm də iqtisadi əməkdaşlıq sahəsində

Enerji sektoru ölkələrimiz arasında əməkdaşlıq sahələrindən biridir və gələcəkdə onun inkişafı üçün daha da geniş imkanlar var Day.Az xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Sofi Laqo Gəncəyə səfəri zamanı Trend-ə müsahibəsində deyib "Həm enerji, həm də iqtisadi əməkdaşlıq sahəsində perspektivlər var. Bu yaxınlarda Bakıda keçirilən Enerji Forumunda və Bakı Enerji Həftəsində Fransanın böyük şirkətləri də iştirak edib. Bu şirkətlər Azərbaycanda fəal fəaliyyət göstərirlər", - səfir bildirib O, Azərbaycan-Fransa münasibətlərinin hazırkı vəziyyətinə toxunaraq qeyd edib ki, bir müddət əvvəl dövlət başçıları arasında telefon danışığı olub Diplomatın sözlərinə görə, hazırda yüksək səviyyəli səfərlər üçün konkret plan yoxdur. Əməkdaşlıqla bağlı müzakirələr davam edir "Hazırda Azərbaycan tərəfi ilə müxtəlif layihələr üzərində işləyirik. Fransalı rəssamların Azərbaycanda keçiriləcək festivallarda iştirakı planlaşdırılır. Yeni layihələrin həyata keçirilməsi istiqamətində sıx əməkdaşlıq edilir", - S.Laqut bildirib O əlavə edib ki, bu yaxınlarda Bakıda keçirilən Ümumdünya Şəhər Forumunda Fransa nümayəndə heyəti, o cümlədən parlament üzvləri də iştirak edib Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin

