Tenqri
Ana Səhifə
Dünya

Politoloq: Azərbaycan ilə Gürcüstanın həyata keçirdiyi layihələr Avrasiyanın təchizatında mühüm rol oynayır

Azərbaycan-Gürcüstan münasibətləri həmişə dinamik inkişaf edən münasibətlər olub. Çünki hər iki ölkəni uzunmüddətli maraqlar birləşdirir və məhz bu maraqlar ikitərəfli münasibətlərin inkişafında təkanverici rol oynayır. Zaman keçdikcə, dünya dəyişdikcə bu maraqlar daha da möhkəmlənir. Dünyada baş ve

0 baxışazertag.az
Politoloq: Azərbaycan ilə Gürcüstanın həyata keçirdiyi layihələr Avrasiyanın təchizatında mühüm rol oynayır
Paylaş:

Azərbaycan-Gürcüstan münasibətləri həmişə dinamik inkişaf edən münasibətlər olub. Çünki hər iki ölkəni uzunmüddətli maraqlar birləşdirir və məhz bu maraqlar ikitərəfli münasibətlərin inkişafında təkanverici rol oynayır. Zaman keçdikcə, dünya dəyişdikcə bu maraqlar daha da möhkəmlənir. Dünyada baş verən həm iqtisadi, həm də siyasi proseslər iki ölkə arasında sıx əlaqələrin güclənməsinə əlavə stimul verir Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib Onun sözlərinə görə, bəzi hallarda ölkələr arasında soyuq və ya gərgin münasibətlər regional dinamikaya mənfi təsir göstərir, təchizat zəncirlərinin pozulmasına səbəb olur və siyasi gərginlik yaradır. Bu isə ümumilikdə regionun təhlükəsizlik sisteminə və inkişaf trayektoriyasına mənfi təsir edir “Məhz Azərbaycan–Gürcüstan münasibətlərinin yüksək səviyyədə olması Cənubi Qafqaz regionunun inkişafının təməlini təşkil edir. Bu münasibətlər təkcə Azərbaycan və ya Gürcüstan üçün deyil, ümumilikdə regionun inkişafı üçün təkandır və onun geosiyasi, iqtisadi mənzərəsini müəyyənləşdirir. Eyni zamanda, Azərbaycan–Gürcüstan münasibətləri regionun inkişafında lokomotiv rolunu oynayır, Avrasiya məkanındakı digər ölkələri birləşdirən mühüm amilə çevrilib. Belə ki, Orta Dəhlizin mövcudluğu iki ölkənin nəqliyyat sistemlərinin inteqrasiyasına imkan yaradıb və daha geniş coğrafiyada əlaqələrin qurulmasına şərait formalaşdırıb. Bundan başqa, Çinlə Avropanı birləşdirən bu yol məhz Cənubi Qafqaz regionundan keçir və ildən-ilə onun potensialı daha da artır Digər tərəfdən, iki ölkə arasında iqtisadi münasibətlər də möhkəm təməl üzərində qurulub. Bu, həm ticarət dövriyyəsində, həm də qarşılıqlı investisiyalarda özünü göstərir. Azərbaycan Gürcüstan iqtisadiyyatına ən böyük sərmayə yatıran ölkələrdən biridir. Həmçinin tərəflər bir çox mühüm layihələr həyata keçirir ki, bu layihələr təkcə region üçün deyil, həm də Avropa və Mərkəzi Asiya üçün əhəmiyyətlidir”, - deyə İ.Vəlizadə əlavə edib Bu səfər çərçivəsində prezidentlər arasında da geniş fikir mübadiləsi aparıldığını, yeni layihələrin müzakirə olunduğunu xatırladan politoloq bildirib ki, keçmişdə həyata keçirilən uğurlu layihələr gələcək birgə fəaliyyətlərdə də həm Azərbaycan və Gürcüstan, həm də digər ölkələr üçün böyük fayda gətirəcək. Çünki bu layihələr yalnız Cənubi Qafqazla məhdudlaşmır, daha geniş beynəlxalq iştirakçılığı nəzərdə tutur. Bu, xüsusilə indiki qeyri-müəyyən və gərgin beynəlxalq şəraitdə daha da əhəmiyyətlidir. Müxtəlif münaqişələrin və müharibələrin fonunda bu cür əməkdaşlıq ölkələrin mövqelərini möhkəmləndirir və Azərbaycan-Gürcüstan münasibətlərini mühüm siyasi amilə çevirir “Məhz bu münasibətlərin yüksək səviyyədə olması Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatının formalaşmasına da təkan verib. Türkiyənin bu proseslərə qoşulması regionda müsbət dinamikanı daha da gücləndirib. Bu əməkdaşlıq hətta Ermənistana da dolayı müsbət təsir göstərir, çünki yeni kommunikasiya xətlərinin və təchizat zəncirlərinin yaranmasına imkan yaradır. Azərbaycan-Gürcüstan əməkdaşlığı çərçivəsində həyata keçirilən logistik və enerji layihələrindən digər dövlətlər də faydalanır. Əgər bu münasibətlər bu səviyyədə olmasaydı, belə genişmiqyaslı əməkdaşlıq mümkün olmazdı”, - deyə politoloq vurğulayıb Layihələrin sayının və miqyasının kifayət qədər böyük olduğunu deyən İ.Vəlizadə “yaşıl dəhliz” layihəsini xüsusilə vurğulayıb. Qeyd edib ki, bu layihə həm iştirakçı ölkələrin, həm də Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır “Məlum olduğu kimi, bəzi marşrutların bağlanması Avropaya mənfi təsir göstərib. Bu baxımdan Azərbaycan və Gürcüstan vasitəsilə həyata keçirilən enerji layihələri – neft və qaz kəmərləri Avropanın təchizatında mühüm rol oynayır. Beləliklə, ikitərəfli münasibətlər hər dövrdə olduğu kimi bu gün də öz əhəmiyyətini qoruyur və əvəzsiz olaraq qalır. Bunu isə hər iki tərəf yaxşı anlayır. Bəzi hallarda bu münasibətləri zəiflətmək istəyən qüvvələr olsa da, uğur qazanmayıblar. Çünki bu əlaqələr möhkəm təməl və uzunmüddətli maraqlar üzərində qurulub. Hər iki ölkənin liderlərinin siyasi iradəsi də bu münasibətlərin davamlı inkişafını təmin edir. Reallıq ondan ibarətdir ki, hər iki dövlət və xalq başa düşür: bu münasibətlərin inkişafı sabitlik, firavanlıq və gələcəyə inam deməkdir. Ona görə də nə Gürcüstan, nə də Azərbaycan xalqı bu münasibətlərin zəifləməsini istəmir”, - deyən politoloq fikrini yekunlaşdırıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler

Politoloq: Azərbaycan ilə Gürcüstanın həyata keçirdiyi layihələr Avrasiyanın təchizatında mühüm rol oynayır | Tenqri