Müqavilə imzalanıb: Amerika şirkətləri Suriyada qaz hasil edəcək
SANA dövlət agentliyi xəbər verir ki, Suriya iki Amerika şirkəti - ConocoPhillips və Novaterra ilə ölkədəki bir neçə qaz yatağının işlənməsinə dair müqavilələr imzalayıb Razılaşma Suriya Neft Şirkəti (SPC), ConocoPhillips və Novaterra arasında Energetika Nazirliyinin Dəməşqdəki qərargahında bağlan

SANA dövlət agentliyi xəbər verir ki, Suriya iki Amerika şirkəti - ConocoPhillips və Novaterra ilə ölkədəki bir neçə qaz yatağının işlənməsinə dair müqavilələr imzalayıb Razılaşma Suriya Neft Şirkəti (SPC), ConocoPhillips və Novaterra arasında Energetika Nazirliyinin Dəməşqdəki qərargahında bağlanıb Agentlik qeyd edir ki, sənəd bir sıra qaz yataqlarının işlənməsini və mövcud obyektlərdə hasilatın artırılmasını nəzərdə tutur. Layihə Suriyanın enerji sektorunu gücləndirmək və enerji istehsalı və iqtisadiyyatın digər əsas sektorları üçün təbii qaz tədarükünü genişləndirmək məqsədi daşıyır Suriya Energetika Nazirliyinin məlumatına görə, saziş tərəflər arasında anlaşma memorandumunun imzalanmasından sonra bir neçə aylıq texniki, hüquqi və kommersiya danışıqlarının nəticəsi olub Daha əvvəl “Financial Times” iki anonim mənbəyə istinadən yazıb ki, “ConocoPhillips” Suriyanın yeni hökuməti ilə müqavilə imzalayan ilk Amerika neft-qaz şirkəti olacaq. Bundan əvvəl ConocoPhillips-dən əhəmiyyətli dərəcədə kiçik aktivlərə və əməliyyat miqyasına malik Amerikanın HKN Energy şirkəti Suriya hökuməti ilə 25 illik müqavilə imzalayıb və ölkənin şimal-şərqindəki Rumeylan bölgəsində neft yataqlarının işlənməsinə başlayıb


