Tenqri
Ana Səhifə
Dünya

Piyadalara bu lazım deyil! Ekspertdən mərkəzi küçələrlə bağlı TƏNQİD

Bakının bəzi mərkəzi küçə və prospektlərində səki örtüklərinin yenilənməsi işlərinə başlanılıb. Lakin təmir işlərinin bütöv deyil, yalnız müəyyən hissələr üzrə aparılması diqqətdən yayınmayıb Modern.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev sosial şəbəkə hesabında paytaxtın piyada infr

0 baxışmodern.az
Piyadalara bu lazım deyil! Ekspertdən mərkəzi küçələrlə bağlı TƏNQİD
Paylaş:

Bakının bəzi mərkəzi küçə və prospektlərində səki örtüklərinin yenilənməsi işlərinə başlanılıb. Lakin təmir işlərinin bütöv deyil, yalnız müəyyən hissələr üzrə aparılması diqqətdən yayınmayıb Modern.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev sosial şəbəkə hesabında paytaxtın piyada infrastrukturundakı mövcud vəziyyətlə bağlı mühüm məqamlara toxunub Ekspert Heydər Əliyev prospektində, eləcə də Şixəli Qurbanov və Zivər bəy Əhmədbəyov küçələrində səkilərin yenilənməsini müsbət addım kimi dəyərləndirsə də, işlərin aparılma formasını tənqid edib: "Piyada infrastrukturuna investisiya şəhər həyatının keyfiyyətini artıran vacib addımlardandır. Amma bir sual yaranır: niyə bu işlər fraqmental şəkildə həyata keçirilir? Niyə küçənin yalnız müəyyən hissəsi yenilənir, qalan hissəsi isə əvvəlki vəziyyətdə qalır? Niyə küçə və prospektlər piyada marşrutu kimi bütöv şəkildə, hər iki istiqamətdə təmir olunmur? Piyada üçün əsas məsələ 100-200 metrlik yaxşı səki deyil, mənzilindən təyinat nöqtəsinə qədər rahat, təhlükəsiz və fasiləsiz hərəkət edə bilməsidir. Marşrutun bir hissəsinin ideal, digər hissəsinin isə yararsız olması ümumi rahatlığı təmin etmir" R.Ağamirzəyev vurğulayıb ki, şəhərsalma baxımından daha düzgün yanaşma küçə və prospektlərin kompleks şəkildə yenilənməsidir. Onun sözlərinə görə, səki örtüyü ilə yanaşı bordürlər, panduslar, piyada keçidlərinə çıxışlar və dayanacaq ətrafı da vahid layihə çərçivəsində həll edilməlidir: "Ümid edirəm ki, görülən işlər növbəti mərhələlərdə davam etdiriləcək və paytaxtın əsas küçələrində piyada infrastrukturu ayrı-ayrı hissələr üzrə deyil, bütöv marşrut prinsipi əsasında formalaşdırılacaq"

Kaynak: modern.az

Diğer Haberler