Pezeşkian Müctəba Xamneyinin siyasəti haqqında
İranın ali dini lideri Müctəba Xamneyinin yürütdüyü siyasət region ölkələrini ABŞ və İsraildən uzaqlaşdırmağa yönəlib. Bunu İran prezidenti Məsud Pezeşkian deyib Onun sözlərinə görə, “düşmən ərəb və müsəlman ölkələrini İrana qarşı səfərbər etməyə çalışsa da, bu cəhdlər boşa çıxıb” "Siyasət bu pla

İranın ali dini lideri Müctəba Xamneyinin yürütdüyü siyasət region ölkələrini ABŞ və İsraildən uzaqlaşdırmağa yönəlib. Bunu İran prezidenti Məsud Pezeşkian deyib Onun sözlərinə görə, “düşmən ərəb və müsəlman ölkələrini İrana qarşı səfərbər etməyə çalışsa da, bu cəhdlər boşa çıxıb” "Siyasət bu planı pozur, buna görə də region ölkələri ABŞ və İsraildən uzaqlaşır və proses davam edir", - Pezeşkian deyib O, son il yarım ərzində hər həftə istisnasız olaraq Ali Rəhbərlə görüşdüyünü bildirib İran prezidenti həmçinin deyib: İranın əleyhdarları heç bir ölkənin bombardman və hədə-qorxu ilə təslim olmağa məcbur edilə bilməyəcəyini əsas gətirərək, daxili ixtilafları qızışdırmaq niyyətindədirlər Keçmiş Ali Rəhbər Əli Xamneyinin öldürülməsinə münasibət bildirərkən, o, düşmən qüvvələrinin İran komandirlərini və rəsmilərini “belə rahatlıqla” öldürməsinin qəbuledilməz olduğunu deyib


