Tenqri
Ana Səhifə
Dünya

Pezeşkian DÇ-2026-ya yollanacaq futbol üzrə İran yığmasının düşərgəsində olub

İran Prezidenti Məsud Pezeşkian futbol üzrə 2026-cı il Dünya Çempionatına (DÇ-2026) yollanacaq yığma komandanın düşərgəsində olub və oyunçulara uğurlar arzulayıb "Report" xəbər verir ki, bu barədə SNNTV məlumat yayıb "Dua edirik ki, ləyaqətlə qayıdacaqsınız, meydanda İranın şöhrəti üçün bütün gücü

0 baxışreport.az
Pezeşkian DÇ-2026-ya yollanacaq futbol üzrə İran yığmasının düşərgəsində olub
Paylaş:

İran Prezidenti Məsud Pezeşkian futbol üzrə 2026-cı il Dünya Çempionatına (DÇ-2026) yollanacaq yığma komandanın düşərgəsində olub və oyunçulara uğurlar arzulayıb "Report" xəbər verir ki, bu barədə SNNTV məlumat yayıb "Dua edirik ki, ləyaqətlə qayıdacaqsınız, meydanda İranın şöhrəti üçün bütün gücünüzlə çıxış edin", - Pezeşkian deyib Qeyd edək ki, 2026-cı ilin 28 fevralında ABŞ və İsrailin İrana hücumlarından sonra İslam Respublikasının DÇ-2026-ya yollanması sual altına düşüb, çünki mundialın oyunları ABŞ, Kanada və Meksikada təşkil olunacaq. İran komandası G qrupunda Belçika, Misir və Yeni Zelandiya üz-üzə gələcək. G qrupunun oyunlarının isə ABŞ-də keçirilməsi planlaşdırılıb Bu səbəbdən İran yığmasının oyunlarının Meksikada keçirilməsi barədə müzakirələr aparılırdı, lakin Meksika Prezidenti Klaudiya Şeynbaum bildirib ki, FIFA 2026-cı il dünya çempionatının qrup mərhələsində İran yığmasının iştirakı ilə keçiriləcək matçları ABŞ-dən Meksikaya köçürməmək qərarına gəlib Aprelin 30-da FIFA-nın rəhbəri Canni İnfantino da İran yığmasının oyunlarının ABŞ-də baş tutacağını açıqlayıb Bu il iyunun 11-dən iyulun 19-dək keçiriləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler