İranda neft-kimya və alüminium zavodlarına hücum edilib
BAKI, Azərbaycan, 8 aprel. İranın Məhşəhr şəhərində neft-kimya zavoduna hava zərbəsi endirilib Bundan əlavə, ABŞ və İsrailin Ərak şəhərinin mərkəzindəki alüminium zavoduna hücumu barədə məlumatlar yayılıb Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb, iri şəhərlərə, o cüml
BAKI, Azərbaycan, 8 aprel. İranın Məhşəhr şəhərində neft-kimya zavoduna hava zərbəsi endirilib Bundan əlavə, ABŞ və İsrailin Ərak şəhərinin mərkəzindəki alüminium zavoduna hücumu barədə məlumatlar yayılıb Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb, iri şəhərlərə, o cümlədən Tehrana zərbələr endirib. Ağ Ev hücumlara əsas kimi İslam Respublikasından gələn raket və nüvə təhlükələrini göstərib. Zərbələr zamanı İranın ali dini lideri Ayətullah Əli Xamenei və bir neçə digər yüksək vəzifəli məmurun həlak olduğu bildirilir. Buna cavab olaraq, İran İslam İnqilabı Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı elan edib və ABŞ-ın Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini ballistik raketlər, qanadlı raketlər və dronlardan istifadə edərək hədəfə alıb Münaqişə regionun enerji infrastrukturunu və dəniz gəmiçiliyini ciddi təhlükə altında qoyub. Hörmüz boğazında təhlükəsizlik gərginliyi səbəbindən qlobal neft qiymətləri əhəmiyyətli dərəcədə artıb. İran Hörmüz boğazına tam nəzarət edir və yalnız lazım bildiyi gəmilərə keçidə icazə verir Trend İnformasiya Agentliyinin WhatsApp kanalında daha çox xəbərlərdən xəbərdar olun


.webp&w=2048&q=70)