Tenqri
Ana Səhifə
Siyasət

Pakistan səfiri: Bu gün Lahordan Bakıya birbaşa uçuşlar başlayır

Pakistanın ikinci aviaşirkəti bu gün Lahordan Bakıya birbaşa uçuşlara başlayır Bunu "Report"a açıqlamasında Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin deyib Onun sözlərinə görə, Azərbaycan və Pakistan liderlərinin verdiyi istiqamət nəticəsində iki ölkə arasında əlaqələr daha da möhkəmlənir:

0 baxışreport.az
Pakistan səfiri: Bu gün Lahordan Bakıya birbaşa uçuşlar başlayır
Paylaş:

Pakistanın ikinci aviaşirkəti bu gün Lahordan Bakıya birbaşa uçuşlara başlayır Bunu "Report"a açıqlamasında Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin deyib Onun sözlərinə görə, Azərbaycan və Pakistan liderlərinin verdiyi istiqamət nəticəsində iki ölkə arasında əlaqələr daha da möhkəmlənir: "Azərbaycan-Pakistan münasibətləri çox qədim və xüsusidir. Ölkələrimiz arasında qardaşlıq münasibətləri mövcuddur. Ötən il liderlər səviyyəsində misli görünməmiş qarşılıqlı səfərlər və təmaslar baş verdi. Bütün bu təmaslar indi müsbət inkişaflara gətirib çıxarır" Diplomat həmçinin bildirib ki, bu gün Pakistan da İçərişəhərdə baş tutan Beynəlxalq Xalça Festivalında təmsil olunur: "Bu kimi addımlar, əlbəttə ki, liderlər səviyyəsində verilən istiqamət nəticəsində əlaqələrimizi qurmağa və daha da möhkəmləndirməyə kömək edir. Eyni zamanda, bu gün Pakistanın ikinci aviaşirkəti Lahordan Bakıya birbaşa uçuşlara başlayır. Bütün bu müsbət meyillər liderlərimiz arasında olan mükəmməl münasibətlərin təzahürüdür" Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler