Avropanın Qafqaz regionuna dair aydın və ardıcıl xarici siyasət strategiyası yoxdur - RƏY
Avropanın Qafqaz regionuna münasibətdə aydın və ardıcıl xarici siyasət strategiyası yoxdur "Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nigar Arpadarai deyib Onun sözlərinə görə, 30 aprel Avropa Parlamenti "Ermənistanda demokratik dayanıqlılığa dəstək" adlı qətnamə qəbul edib və bu sənədd

Avropanın Qafqaz regionuna münasibətdə aydın və ardıcıl xarici siyasət strategiyası yoxdur "Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nigar Arpadarai deyib Onun sözlərinə görə, 30 aprel Avropa Parlamenti "Ermənistanda demokratik dayanıqlılığa dəstək" adlı qətnamə qəbul edib və bu sənəddə yenidən anti-Azərbaycan tezisləri yer alıb: "Eyni zamanda, bir gün əvvəl internetdə Luis Moreno Okampo, Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru ilə bağlı videolar yayılıb. O, bu videolarda Aİ institutlarına təsir imkanlarından danışır, oğlu isə Ermənistanın baş naziri Nikol Paşinyanın vəzifədən uzaqlaşdırılmasının zəruriliyini qeyd edir Belə bir təəssürat yaranır ki, Okampo və Avropa Parlamenti eyni məntiq çərçivəsində hərəkət edir. Adı "dəstək" olsa da, bu qətnamə ilk növbədə Ermənistanda daxili vəziyyətin sabitliyini pozmağa yönəlib. Formal olaraq "dəstək"dən bəhs edilsə də, mahiyyət etibarilə seçkilər ərəfəsində cəmiyyətin daha da qütbləşməsi üçün şərait yaradılır" Deputat əlavə edib ki, Okamponu yenidən ön plana çıxaran qüvvələr məhz Ermənistanın öz milli maraqları əsasında, xarici sifarişdən asılı olmadan hərəkət etməsi ilə razılaşmayan qüvvələrdir "Şübhəsiz ki, bu sənəd həm də anti-Azərbaycan xarakteri daşıyır. Lakin Azərbaycan üçün onun təsiri əhəmiyyətsizdir, Ermənistan üçün bu artıq daxili siyasət amilinə çevrilir Bu təşəbbüsün arxasında kim dayanırsa-dayansın, əsas səbəb Avropanın bizim regiona münasibətdə aydın və ardıcıl xarici siyasət strategiyasının olmamasıdır. Məhz buna görə belə təşəbbüslər manipulyasiya predmetinə çevrilir və müxtəlif qüvvələr tərəfindən xarici siyasətdən sui-istifadə olunur", - o vurğulayıb Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


