Tenqri
Ana Səhifə
Dünya

Paşinyan təkbaşına hökumət qura biləcək? - ŞƏRTLƏR

Ermənistanda 7 iyun seçkilərinin yekun nəticələri həyəcanla gözlənilir. Modern.az xəbər verir ki, Mərkəzi Seçki Komissyasının bu gün saat 09:00-a olan məlumatına görə, ümumi 2005 seçki məntəqəsindən 1963-nün məlumatları rəsmən sayılıb: "Vətəndaş müqaviləsi" Partiyası – 49,83% "Güclü Ermənistan" bl

0 baxışmodern.az
Paşinyan təkbaşına hökumət qura biləcək? - ŞƏRTLƏR
Paylaş:

Ermənistanda 7 iyun seçkilərinin yekun nəticələri həyəcanla gözlənilir. Modern.az xəbər verir ki, Mərkəzi Seçki Komissyasının bu gün saat 09:00-a olan məlumatına görə, ümumi 2005 seçki məntəqəsindən 1963-nün məlumatları rəsmən sayılıb: "Vətəndaş müqaviləsi" Partiyası – 49,83% "Güclü Ermənistan" bloku – 23,35% "Ermənistan" bloku – 9,93% "Çiçəklənən Ermənistan" Partiyası – 3,98%". Siyasi ekspertlər deyirlər ki, yerdə qalan seçki məntəqələrindən əldə olunacaq səslər hesabına Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” Partiyası böyük ehtimalla parlament çoxluğunu təmin edə biləcək. Nəticədə 50+1 səs toplaya bilən hakim partiya parlamentdə təkbaşına hökumət qurmaq üçün kifayət qədər mandat əldə edəcək. Eremənistan parlamenti proporsional seçki yolu ilə 5 illik müddətə seçilir. Parlament ən azı 101 üzvdən ibarət olmalıdır. Parlament seçkiləri üçün əsas qaydalar bunlardır: Parlamentə düşmək üçün Partiya ən azı 4% səs toplamalıdır; 2–3 partiyadan ibarət blok ən azı 8% toplamalıdır; 4 və daha çox partiyadan ibarət blok üçün hədd 10%-dir; Hökuməti təkbaşına formalaşdırmaq üçün parlament mandatlarının 50%-dən çoxu (50+1%) lazımdır. Baş nazir parlament çoxluğu tərəfindən seçilir Ermənistanda "sabit çoxluq" mexanizmi mövcuddur. Əgər qalib qüvvə hökumət qurmaq hüququ qazanır, lakin mandatların payı 54%-dən azdırsa, qanun ona əlavə mandatların verilməsi ilə "sabit çoxluğun" təmin edilməsinə imkan yaradır. Yəni 50+1% yer qazanan partiyaya əlavə mandatlar verilərək payı 54%-ə çatdırılır. Bu, hökumətin daha sabit fəaliyyət göstərməsi üçün nəzərdə tutulub Əgər heç bir partiya və ya koalisiya çoxluq yarada bilmirsə, partiyalar koalisiya danışıqlarına başlayırlar. Əgər seçkidən sonra 6 gün ərzində heç bir koalisiya formalaşmırsa, qanun ən çox səs toplamış iki siyasi qüvvə arasında ikinci tur seçkilərinin keçirilməsinə imkan verir İkinci turun nəticəsinə görə, qalib tərəfə hökumət qurmaq üçün lazım olan əlavə mandatlar verilir. Beləliklə, əgər Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” Partiyası parlamentdə 50+1% mandat əldə edərsə, hökuməti təkbaşına formalaşdıra bilər. Əgər hakim “Vətəndaş müqaviləsi” parlamentdə çoxluq əldə etməsə və buna qarşılıq müxalifət birlikdə daha çox mandat qazanıb koalisiya yaradarsa, hökuməti də ikincilər qura bilər. Hazırda parlamentə düşən əsas qüvvələr “Vətəndaş müqaviləsi” Partiyası, "Güclü Ermənistan" və "Ermənistan" bloklarıdır. "Çiçəklənən Ermənistan" hələ ki, 4%-lik baryeri keçə bilmir. A.Qorxmaz

Kaynak: modern.az

Diğer Haberler