Paşinyan "Pirr qələbəsi" QAZANDI
Ermənistanda bütün 2005 seçki məntəqəsindən daxil olan bülletenlərin hesablanmasını yekunlaşıb Modern.az Ermənistan Mərkəzi Seçki Komissiyasına istinadən xəbər verir ki, məlumatına görə, Səslərin 100% işlənməsindən sonra partiyaların yekun səs faizləri belə formalaşıb: "Vətəndaş Müqaviləsi" Partiy

Ermənistanda bütün 2005 seçki məntəqəsindən daxil olan bülletenlərin hesablanmasını yekunlaşıb Modern.az Ermənistan Mərkəzi Seçki Komissiyasına istinadən xəbər verir ki, məlumatına görə, Səslərin 100% işlənməsindən sonra partiyaların yekun səs faizləri belə formalaşıb: "Vətəndaş Müqaviləsi" Partiyası (Nikol Paşinyan) – 49,81% "Güclü Ermənistan" Bloku (Samvel Karapetyan) – 23,29% "Ermənistan" Bloku (Robert Koçaryan) – 9,94% "Çiçəklənən Ermənistan" Partiyası (Qaqik Tsarukyan) – 4% Seçkilərin yekun nəticələri Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvənin qələbəsini təsdiqləsə də, rəqəmlər hakim partiyanın əvvəlki mövqelərini zəiflətdiyini göstərir. Paşinyanın partiyası ölkə konstitusiyasının tələblərinə uyğun olaraq təkbaşına hökumət qurmaq şansını saxlasa da, yeni formalaşan parlamentdə sahib olacağı kürsü (mandat) sayı əvvəlki dövrlə müqayisədə nəzərəçarpan dərəcədə azalıb


