Ehtiyatlı olun, sürüşmə! Bibiheybət magistralında geniş çatlar var - yenilənib 15:30
Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Səbail rayonunda yağan güclü yağışdan sonra Bibiheybət yolunun keçdiyi ərazidə sürüşmə riski kəskin artıb haqqin.az xəbər verir ki, yolda geniş çatlar əmələ gəlib. Bir neçə yerdə yol kənarındakı beton sədlər dağıdılıb, dərin çalalar əmələ gəlib. Hazırda ərazi po

Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Səbail rayonunda yağan güclü yağışdan sonra Bibiheybət yolunun keçdiyi ərazidə sürüşmə riski kəskin artıb haqqin.az xəbər verir ki, yolda geniş çatlar əmələ gəlib. Bir neçə yerdə yol kənarındakı beton sədlər dağıdılıb, dərin çalalar əmələ gəlib. Hazırda ərazi polis əməkdaşları tərəfindən mühafizə olunur. Əraziyə müvafiq avadanlıq da göndərilib Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Bakıda Bibiheybət yolunun leysan yağışlar nəticəsində sürüşmə təhlükəsi yaranmış hissəsində olub Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir Nazirlər Kabineti Aparatının Tikinti, şəhərsalma və kommunal xidmət şöbəsinin müdiri Feyruz Mustafayev, Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Vüsal Nəsirli və aidiyyəti qurumların digər nümayəndələri ilə birgə vəziyyətlə yerində tanış olub Mətbuat xidməti növbəti addımların müzakirə olunduğunu və müvafiq tapşırıqların verildiyini bildirib Bakının əsas yollarından biri olan Bibiheybət şosesində aramsız yağan leysan yağışları nəticəsində sürüşmə təhlükəsi yaranıb. Yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb. Bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin mətbuat xidmətləri birgə məlumat yayıb Açıqlamada bildirilir ki, leysan yağışları nəticəsində Bibiheybət avtomobil yolunun ərazisində sürüşmə təhlükəsi yaranıb. Mövcud vəziyyət nəzərə alınaraq, hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədilə sözügedən yolda avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb Sürücülər alternativ olaraq köhnə Salyan şossesindən istifadə edərək “20-ci hissə”dən keçə biləcəklər. Hazırda bu sahədə vəziyyət nəzarət altındadır; aidiyyəti strukturlarla birlikdə yolda vəziyyətin sabitləşdirilməsi və təhlükəsiz hərəkətin təmin edilməsi üçün zəruri tədbirlər görülür Xatırladaq ki, bundan əvvəl Patamdar kəndində sürüşmə təhlükəsi var idi


.webp&w=2048&q=70)