Tenqri
Ana Səhifə
Dünya

Oslo məhkəməsi Norveç vəliəhd şahzadəsinin ögey oğlunu zorakılıqda təqsirli bilib

Oslo məhkəməsi vəliəhd şahzadə Mette-Maritin böyük oğlu və vəliəhd şahzadə Hokonun ögey oğlu taxt varisi 29 yaşlı Marius Borq Höybini zorakılıq cinayətinə görə dörd il müddətinə azadlıqdan məhrum edib "Report" xəbər verir ki, bu barədə CNN məlumat yayıb Məhkəmə müəyyən edib ki, Marius Borq Höybi i

0 baxışreport.az
Oslo məhkəməsi Norveç vəliəhd şahzadəsinin ögey oğlunu zorakılıqda təqsirli bilib
Paylaş:

Oslo məhkəməsi vəliəhd şahzadə Mette-Maritin böyük oğlu və vəliəhd şahzadə Hokonun ögey oğlu taxt varisi 29 yaşlı Marius Borq Höybini zorakılıq cinayətinə görə dörd il müddətinə azadlıqdan məhrum edib "Report" xəbər verir ki, bu barədə CNN məlumat yayıb Məhkəmə müəyyən edib ki, Marius Borq Höybi iki zorakılıq hadisəsi, o cümlədən vəliəhd şahzadənin evinin zirzəmisində baş vermiş bir hadisə üzrə təqsirkardır Məlumata görə, o, digər iki zorakılıq epizodu üzrə bəraət alıb 29 yaşlı Höybi özü ən ağır ittihamlar, o cümlədən zorakılıq üzrə təqsirini etiraf etməyib, lakin daha yüngül epizodlarda - bir sıra yol hərəkəti qaydalarının pozulması, ağır narkotik cinayəti və yaxınlaşma qadağasının pozulmasında, eləcə də hədə-qorxu gəlmə və ağır döyülmə hallarında "qismən" təqsirini etiraf edib Xatırladaq ki, Marius Borq Höybiyə qarşı zorakılıq ittihamları üzrə məhkəmə prosesi 2026-cı ilin fevralında başlayıb. Ona zorakılıq, hücumlar, 3,5 kq marixuana daşıma, ölümlə hədələmə və yol hərəkəti qaydalarının pozulması da daxil olmaqla 38 ittiham irəli sürülmüşdü Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler