Tenqri
Ana Səhifə
Dünya

Opera və Balet Teatrı Yalçın Adıgözəlov və Əvəz Abdulla ilə qonorarla işləyə bilər

Akademik Opera və Balet Teatrı Xalq artistləri Yalçın Adıgözəlov və Əvəz Abdulla ilə mülki-hüquqi müqavilə çərçivəsində, yəni konkret çıxışlar üzrə qonorar prinsipi ilə əməkdaşlıq edə bilər Bu, qurumdan "Report"un sorğusuna cavab olaraq son günlər teatrla bağlı səsləndirilən ittihamlarla bağlı cava

0 baxışreport.az
Opera və Balet Teatrı Yalçın Adıgözəlov və Əvəz Abdulla ilə qonorarla işləyə bilər
Paylaş:

Akademik Opera və Balet Teatrı Xalq artistləri Yalçın Adıgözəlov və Əvəz Abdulla ilə mülki-hüquqi müqavilə çərçivəsində, yəni konkret çıxışlar üzrə qonorar prinsipi ilə əməkdaşlıq edə bilər Bu, qurumdan "Report"un sorğusuna cavab olaraq son günlər teatrla bağlı səsləndirilən ittihamlarla bağlı cavab mətnində qeyd olunub Bildirilib ki, Xalq artisti Əvəz Abdulla Azərbaycanı xaricdə layiqli şəkildə təmsil edən sənətçilərdən biridir, daimi yaşayış yeri Almaniyadır: "Bu səbəbdən onun teatr truppasında fasiləsiz əsaslarla fəaliyyət göstərməsi mümkün olmadığından onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. Mövcud beynəlxalq təcrübəyə uyğun olaraq bu kimi hallarda əməkdaşlığın layihə əsaslı, mülki-hüquqi müqavilə çərçivəsində, yəni konkret çıxışlar üzrə qonorar prinsipi ilə davam etdirilməsi daha məqsədəuyğun hesab olunur və bu istiqamətdə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur" Vuğulanıb ki, Xalq artisti Yalçın Adıgözəlov yüksək peşəkarlığı və sənətinə verdiyi töhfələrlə seçilən, böyük hörmət bəslənilən sənətkardır "O, Niyazi adına Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsinə təyin olunduqdan sonra qarşılıqlı razılaşma əsasında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrındakı müqaviləsinə xitam verilib. Lakin onunla da mövcud beynəlxalq təcrübəyə uyğun olaraq, layihə əsaslı, müqavilə çərçivəsində, konkret çıxışlar üzrə qonorar prinsipi ilə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur" Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler