BMT ABŞ və İran arasında atəşkəs razılaşmasını dəstəkləyir
BMT rəhbərinin bəyanatında qeyd edildiyi kimi, Vaşinqton və Tehran arasında əldə olunan razılaşma münaqişənin sülh yolu ilə həlli istiqamətində mühüm addım ola bilər Baş katib danışıqlar prosesinə dəstək verən region ölkələrinə də minnətdarlığını bildirib “Baş katib Pakistan, Qətər, Misir, Səudiy

BMT rəhbərinin bəyanatında qeyd edildiyi kimi, Vaşinqton və Tehran arasında əldə olunan razılaşma münaqişənin sülh yolu ilə həlli istiqamətində mühüm addım ola bilər Baş katib danışıqlar prosesinə dəstək verən region ölkələrinə də minnətdarlığını bildirib “Baş katib Pakistan, Qətər, Misir, Səudiyyə Ərəbistanı və Türkiyəyə, eləcə də regionun digər ölkələrinə sülh razılaşmasına gətirib çıxaran danışıqlara dəstək verdikləri konstruktiv rola görə dərin təşəkkürünü bildirir”, - deyə BMT-nin mətbuat xidməti bazar günü yaydığı bəyanatda bildirib Antonio Quterreş əldə olunan razılaşmaların daha geniş siyasi nizamlanma üçün əsas olacağına ümid etdiyini bildirib, həmçinin BMT-nin uzunmüddətli və hərtərəfli sülhə nail olmaq üçün tərəflərin səylərini dəstəkləməyə hazır olduğunu təsdiqləyib Bundan əvvəl ABŞ və İranın iyunun 19-da İsveçrədə sülh sazişi imzalayacağı bildirilirdi


