Tenqri
Ana Səhifə
Dünya

“Onlayn ticarətə tələbat nə qədər artsa da, ənənəvi ticarətin sıradan çıxması mümkün deyil” - Ekspert

“Onlayn ticarətə tələbat nə qədər artsa da, ənənəvi ticarətin sıradan çıxması mümkün deyil” Bu fikrin 525.az-a iqtisadçı-ekspert Xalid Kərimli söyləyib. Ekspert qeyd edib ki, onlayn ticarət müəyyən qədər ənənəvi ticarəti sıxışdırsa da, onu tamamilə əvəz edə bilməz: “Canlı alış-verişin üstünlükləri

0 baxış525.az
“Onlayn ticarətə tələbat nə qədər artsa da, ənənəvi ticarətin sıradan çıxması mümkün deyil” - Ekspert
Paylaş:

“Onlayn ticarətə tələbat nə qədər artsa da, ənənəvi ticarətin sıradan çıxması mümkün deyil” Bu fikrin 525.az-a iqtisadçı-ekspert Xalid Kərimli söyləyib. Ekspert qeyd edib ki, onlayn ticarət müəyyən qədər ənənəvi ticarəti sıxışdırsa da, onu tamamilə əvəz edə bilməz: “Canlı alış-verişin üstünlükləri çoxdur. İnsanlar məhsulu əvvəlcə gözləri ilə görüb, əlləri ilə yoxlayaraq qərar verirlər. Onlayn alış-verişdə isə bu imkan yoxdur. Bəzən sifariş edilən məhsul şəkildəkindən fərqli çıxır və müştərinin gözləntilərini qarşılamır. Düzdür, məhsulun geri qaytarılması imkanı mövcuddur, lakin bir çox müştəri bu prosedura girməyə maraqlı olmur. Bu səbəbdən də bəzi insanlar məhsulu yerində görüb almağa üstünlük verirlər. Bu da onu göstərir ki, ənənəvi ticarət hələ uzun müddət öz aktuallığını qoruyacaq"

Kaynak: 525.az

Diğer Haberler