Rəsmi Bakı Rusiya dövlət televiziyasında Azərbaycana qarşı təxribatı pisləyir
BAKI, Azərbaycan, 8 may. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiya dövlət televiziyasında Azərbaycan xəritəsinin təhrif edilməsinə münasibət bildirib Hacızadə bildirib ki, Rusiyanın dövlət Birinci Kanalında mayın 6-da yayımlanan “Vremya Pokazhet” verilişində Azərbaycan Respublikasının təhrif

BAKI, Azərbaycan, 8 may. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiya dövlət televiziyasında Azərbaycan xəritəsinin təhrif edilməsinə münasibət bildirib Hacızadə bildirib ki, Rusiyanın dövlət Birinci Kanalında mayın 6-da yayımlanan “Vremya Pokazhet” verilişində Azərbaycan Respublikasının təhrif olunmuş xəritəsinin nümayişi, o cümlədən mövcud olmayan qondarma “Dağlıq Qarabağ”a istinad edilməsi ciddi təxribat və qəbuledilməz siyasi manipulyasiyadır "Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü tam bərpa olunub və bu reallıq beynəlxalq ictimaiyyət, o cümlədən Rusiya Federasiyası tərəfindən tanınır. Rusiya tərəfinin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətini təsdiq edən və bu məsələlərin heç vaxt müzakirə mövzusu olmadığını vurğulayan dəfələrlə bəyanatları fonunda, Rusiya dövlət televiziya kanalında separatizmi təbliğ edən xəbərlər Azərbaycan-Rusiya münasibətlərinin ruhuna, eləcə də qarşılıqlı hörmət və mehriban qonşuluq münasibətləri prinsiplərinə tamamilə ziddir”, - deyə sözçü vurğulayıb O, daha sonra qeyd edib ki, dövlət mediasının bu cür məsuliyyətsiz və qərəzli davranışı yolverilməzdir “Biz Rusiya tərəfinin bu məsələ ilə bağlı aydın izahat verməsini və belə hadisələrin təkrarlanmaması üçün lazımi tədbirlər görməsini gözləyirik”, - deyə o, yekunlaşdırıb


