İçərişəhərin divarının bir hissəsi uçub - RƏSMİ / FOTO FAKT
Aprelin 9-u, cümə axşamı səhər saat 05:00 radələrində Kiçik Qala küçəsində tarixi qala divarlarının 13-14 saylı bürclər arasında olan hissəsi uçub “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətindən Kalibre.Az-a verilən məlumata görə, mütəxəssislərin ilkin rəyinə əsasən, bunun

Aprelin 9-u, cümə axşamı səhər saat 05:00 radələrində Kiçik Qala küçəsində tarixi qala divarlarının 13-14 saylı bürclər arasında olan hissəsi uçub “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətindən Kalibre.Az-a verilən məlumata görə, mütəxəssislərin ilkin rəyinə əsasən, bunun əsas səbəbi son günlər müşahidə olunan aramsız leysanların yaratdığı rütubət və eroziya prosesləridir Şöbə tərəfindən operativ tədbirlər görülüb, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün ərazi nəzarətə götürülüb. Hazırda qala divarlarının uçması nəticəsində yaranan fəsadların aradan qaldırılması üçün lazımi işlərə başlanılıb


