“Azərenerji” ASC Heydər Əliyevin xatirəsini yad edib - foto
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Azərenerji” ASC silsilə tədbirlər təşkil edib. Bu tədbirlər çərçivəsində energetiklər ilk olaraq 220 kilovoltluq “Ağdaş” yarımstansiyasının ərazisində, eləcə də Ağdaş Akkumulyatorlu Enerji Saxlama Mərkəzinin ərazisində ağ

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Azərenerji” ASC silsilə tədbirlər təşkil edib. Bu tədbirlər çərçivəsində energetiklər ilk olaraq 220 kilovoltluq “Ağdaş” yarımstansiyasının ərazisində, eləcə də Ağdaş Akkumulyatorlu Enerji Saxlama Mərkəzinin ərazisində ağacəkmə aksiyası keçiriblər Qeyd edək ki, tikilməkdə olan Ağdaş Enerji Saxlama Mərkəzinin ərazisində ağacəkmə işlərinə bir müddət əvvəl başlanılıb və kampaniyanın son günü də daxil olmaqla, bu ərazidə ümumilikdə 10 minə yaxın ağac əkilib Ağacəkmə kampaniyası Heydər Əliyevin ölkədə ətraf mühitin qorunmasına, ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların genişləndirilməsinə verdiyi böyük önəmə verilən qiymətdir. Eyni zamanda, tədbirin əsas məqsədinin “Ekoloji mədəniyyətin təbliği, təbiətə qayğı hissinin aşılanması və ümummilli liderin qoyduğu ənənələrin qorunub saxlanılması” olduğu bildirilir Ağacəkmə kampaniyasından sonra Mingəçevirdə Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş “Azərbaycan” İstilik Elektrik Stansiyasının akt zalında geniş tədbir keçirilib. Burada ulu öndərin elektroenergetika sahəsində misilsiz xidmətlərindən bəhs edən “Müasir Azərbaycan energetikasının banisi” filmi nümayiş etdirilmişdir Çıxışlarda vurğulanmışdır ki, 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbərliyinə gəlişindən sonra “ölkənin enerji sistemi tədricən xarici asılılıqdan çıxmış, enerji müstəqilliyi və təhlükəsizliyi üçün möhkəm zəmin yaradılmışdır”. Həmçinin qeyd olunub ki, 1993-cü ilin iyununda xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyev “elektrik energetikasının inkişafı üçün taleyüklü qərarlar qəbul edib, Azərbaycanın enerji potensialının gücləndirilməsində müstəsna rol oynayıb”


