Nəsimi Ağayev: Azərbaycan Avropa ilə Mərkəzi Asiyanı birləşdirir
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev "INMerge Berlin 2026" sammitində innovasiya, əməkdaşlıq və əlaqəliliyin gücü mövzusunda çıxış edib "Report" xəbər verir ki, N. Ağayev bu barədə "X" sosial şəbəkə hesabında məlumat yayıb "İnnovasiya təkcə texnologiyadan ibarət deyil - bu, köhnə fərziyy

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev "INMerge Berlin 2026" sammitində innovasiya, əməkdaşlıq və əlaqəliliyin gücü mövzusunda çıxış edib "Report" xəbər verir ki, N. Ağayev bu barədə "X" sosial şəbəkə hesabında məlumat yayıb "İnnovasiya təkcə texnologiyadan ibarət deyil - bu, köhnə fərziyyələrə meydan oxumaq cəsarətinə, başqalarının qeyri-müəyyənlik gördüyü yerdə imkanları görmək vizyonuna və sərhədləri aşaraq körpülər qurmaq əzminə sahib olmaqdır", - o bildirib və əlavə edib ki, süni intellektin, startapların, dayanıqlı iqtisadiyyatların gələcəyi tək bir ölkə, yaxud bir ekosistem tərəfindən formalaşdırılmayacaq Səfirin fikrincə, bu, istedadı, ideyaları və ambisiyanı birləşdirən tərəfdaşlıqlar vasitəsilə qurulacaq: "Azərbaycan bu səyahətin bir hissəsi olmaqdan - innovasiya və ortaq rifah üçün yeni imkanlar yaratmaq məqsədilə Avropa, Qafqaz və Mərkəzi Asiyanı birləşdirməkdən qürur duyur" Qeyd edək ki, "INMerge Berlin 2026" sammiti Avropa və Mərkəzi Avrasiya bazarlarında investorlar, təsisçilər və korporativ innovatorları bir araya gətirən mötəbər beynəlxalq innovasiya tədbiridir Delighted to speak at INMerge Berlin 2026 on the power of innovation, collaboration, and connectivity.Innovation is not just about technology - it is about having the courage to challenge old assumptions, the vision to see opportunity where others see uncertainty, and the… pic.twitter.com/qhwezUFF0Z— Nasimi Aghayev🇦🇿 (@NasimiAghayev) June 30, 2026 Delighted to speak at INMerge Berlin 2026 on the power of innovation, collaboration, and connectivity.Innovation is not just about technology - it is about having the courage to challenge old assumptions, the vision to see opportunity where others see uncertainty, and the… pic.twitter.com/qhwezUFF0Z Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


