Yeni rektor kollektivə təqdim olunub
Mayın 6-da Sumqayıt Dövlət Universitetinin (SDU) yeni təyin olunmuş rektoru Nurəli Yusifbəyli universitetin kollektivinə təqdim olunub Elm və təhsil nazirinin müavini İdris İsayev tədbir iştirakçılarının diqqətini Nurəli Yusifbəylinin SDU-nun rektoru təyin edilməsi haqqında prezidentin müvafiq sər

Mayın 6-da Sumqayıt Dövlət Universitetinin (SDU) yeni təyin olunmuş rektoru Nurəli Yusifbəyli universitetin kollektivinə təqdim olunub Elm və təhsil nazirinin müavini İdris İsayev tədbir iştirakçılarının diqqətini Nurəli Yusifbəylinin SDU-nun rektoru təyin edilməsi haqqında prezidentin müvafiq sərəncamına cəlb edərək, onu təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb İdris İsayev çıxışında Azərbaycanda təhsil sahəsində aparılan islahatlardan danışıb, son illər ali təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, ali məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi, rəqəmsallaşmanın tətbiqi istiqamətində mühüm addımların atıldığını diqqətə çatdırıb. Bildirilib ki, bu məqsədyönlü siyasət nəticəsində Azərbaycan ali təhsil müəssisələrinin rəqabət qabiliyyəti artır, gənclərin keyfiyyətli təhsilə çıxış imkanları genişlənir və insan kapitalının inkişafı təmin edilir Rektor Nurəli Yusifbəyli göstərilən etimada görə minnətdarlığını bildirib və bu vəzifənin məsuliyyətini vurğulayıb Tədbirdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqov da çıxış edərək yeni rektoru təbrik edib, ona uğurlar arzulayıb


