Netanyahu və Katz İsrail ordusunun Livandakı mövqelərində
Bazar günü, aprelin 12-də İsrailin baş naziri Benyamin Netanyahu, müdafiə naziri İsrael Katz Baş Qərargah rəisi Eyal Zamirlə birlikdə İsrail ordusunun Livandakı mövqelərinə baş çəkiblər Netanyahu və Katz komandirlər və döyüşçülərlə görüşüb, qüvvələrin hərəkətləri və bu istiqamətdə təhdidlərin qiym

Bazar günü, aprelin 12-də İsrailin baş naziri Benyamin Netanyahu, müdafiə naziri İsrael Katz Baş Qərargah rəisi Eyal Zamirlə birlikdə İsrail ordusunun Livandakı mövqelərinə baş çəkiblər Netanyahu və Katz komandirlər və döyüşçülərlə görüşüb, qüvvələrin hərəkətləri və bu istiqamətdə təhdidlərin qiymətləndirilməsi barədə əməliyyat hesabatlarını dinləyiblər. Səfər zamanı İsrail rəsmiləri İsrail vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün İsrail ordusunun Hizbullaha qarşı fəaliyyətini davam etdirəcəyini təsdiqləyib İsrail mediası Netanyahu və Katzın İsrailə qayıtdıqdan sonra Livana səfəri ilə bağlı məlumat yayıb


