Tenqri
Ana Səhifə
Dünya

NDU-nun magistratura səviyyəsi üzrə 30-a yaxın yeni ixtisasın açılması nəzərdə tutulur

Naxçıvan Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə, “Şəhərsalma və Memarlıq İli”nə və Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) 20 illiyinə həsr olunmuş Magistrantların XV Regional Konfransı təşkil olunub Universitetin Media və ictimaiyyət

0 baxışazertag.az
NDU-nun magistratura səviyyəsi üzrə 30-a yaxın yeni ixtisasın açılması nəzərdə tutulur
Paylaş:

Naxçıvan Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə, “Şəhərsalma və Memarlıq İli”nə və Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) 20 illiyinə həsr olunmuş Magistrantların XV Regional Konfransı təşkil olunub Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərində əzəmətlə ucaldılan abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri qoyulub Konfransa başlamazdan öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib NDU-nun rektoru Elbrus İsayev çıxışında ATMU kollektivini 20 illik münasibətilə təbrik edib, bu konfransın birgə keçirilməsinin mövcud əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verəcəyini vurğulayıb. Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq bildirib ki, NDU məhz Ulu Öndərin dəstəyi ilə təsis olunub. Ümummilli Liderin NDU-nun Fəxri Doktoru olduğunu vurğulayan rektor bildirib ki, onun adına və ideyalarına layiq fəaliyyət göstərmək, müəyyənləşdirdiyi inkişaf strategiyasını təhsil və elm sahəsində uğurla davam etdirmək universitetin əsas prioritet istiqamətlərindən biridir Təkcə 2025-ci ildə universitetin 250-dən çox işçi qəbulu etdiyini vurğulayan rektor, yeni işə qəbul olunanların əksəriyyətinin NDU-nun magistrantları olduğunu bildirib. Elmi-analitik düşüncəyə malik tədqiqatçı gənclərin yetişməsində magistratura təhsilinin önəmindən, son illərdə təhsilin bu pilləsinə marağın artmasından danışıb. Bildirib ki, universitetdə maddi-texniki bazanın gücləndirilməsi, müasir laboratoriya və tədris imkanlarının yaradılması magistrantlar üçün yeni imkanlar açır ATMU-nun rektoru İlham Mədətov çıxışında bildirib ki, Ulu Öndərin 103 illiyinə həsr olunmuş bu konfrans yalnız elmi platforma deyil, eyni zamanda Ulu Öndərin zəngin dövlətçilik irsinin, milli inkişaf strategiyasının və azərbaycançılıq ideologiyasının təbliği baxımından mühüm əhəmiyyət daşıyan tədbirdir Çıxışında Azərbaycanda turizm sahəsinin inkişafına toxunan rektor qeyd edib ki, 1990-cı illərdə ölkədə siyasi sabitliyin təmin olunması ilə turizm sektoru yeni inkişaf mərhələsinə qədəm qoyub, bu sahədə mühüm dövlət proqramları və strateji layihələr həyata keçirilib. Azərbaycanın zəngin tarixi-mədəni irsi, təbii gözəllikləri və milli dəyərləri beynəlxalq miqyasda daha geniş tanıdılıb, nəticədə ölkənin beynəlxalq əlaqələri əhəmiyyətli dərəcədə genişlənib NDU Magistratura və Doktorantura Mərkəzinin direktoru Çapay Quliyev Naxçıvan Dövlət Universitetində magistr hazırlığının keyfiyyətinin yüksəldilməsi və elmi-tədqiqat mühitinin gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb. Vurğulayıb ki, son illərdə universitetdə magistratura səviyyəsində 4 yeni ixtisas üzrə qəbul aparılıb, 2027–2028-ci tədris ili üçün isə 30-a yaxın yeni və perspektivli ixtisasın açılması nəzərdə tutulur. Tədris proqramlarına yeni fənlər daxil edilir, tədrisi ingilis dilində olan ixtisasların sayı artırılır, ikili diplom proqramlarının genişləndirilməsi istiqamətində işlər davam etdirilir Bildirilib ki, elmi tədqiqatların stimullaşdırılması magistr hazırlığında əsas keyfiyyət amillərindən biridir. Bu məqsədlə magistrantlar üçün müxtəlif kurslar, təlimlər və akademik seminarlar təşkil olunur. Universitetdə 30-dan çox əcnəbi professor və elmi məsləhətçi magistrantların tədqiqat fəaliyyətinə dəstək göstərir. Həmçinin bu il magistraturada tədris prosesinə 15-ə yaxın xarici professor cəlb olunub Sonra ATMU-nun müəllimi, iqtisadiyyat üzrə fəlsəfə doktoru Çinarə İmamverdiyevanın “Heydər Əliyev və Azərbaycan Turizmi”, NDU-nun “İnkişaf psixologiyası” üzrə I kurs magistrantı Həcər Ələsgərovanın “Valideyn gözləntiləri və gənclərin peşə seçimi arasında konflikt: nəzəri yanaşmalar və psixoloji determinatlar” mövzusunda məruzələri dinlənilib Tədbirin bədii hissəsində Azərbaycan Respublikasının Əməkdar artisti, dosent Mübariz Əsgərovun bədii rəhbərliyi ilə II kurs magistrantların ifasında müxtəlif musiqi nömrələri ifa edilib Qeyd edək ki, üz-üzə və onlayn formatda təşkil olunan konfransda 2 gün ərzində 7 istiqamət üzrə 14 bölmədə 19 elm-təhsil müəssisəsindən 134 magistrantın 106 məruzəsi təqdim olunub 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler

NDU-nun magistratura səviyyəsi üzrə 30-a yaxın yeni ixtisasın açılması nəzərdə tutulur | Tenqri