Nazir müavini: Azərbaycanda əlavə 150 min tonluq taxıl siloları yaradılacaq
Azərbaycanda taxılın saxlanması infrastrukturunun genişləndirilməsi məqsədilə əlavə 150 min tonluq taxıl silolarının yaradılması planlaşdırılır "APA-Economics" xəbər verir ki, bu barədə kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və ak

Azərbaycanda taxılın saxlanması infrastrukturunun genişləndirilməsi məqsədilə əlavə 150 min tonluq taxıl silolarının yaradılması planlaşdırılır "APA-Economics" xəbər verir ki, bu barədə kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində İsmayıllıda Dağlıq Şirvan iqtisadi rayonu üzrə keçirilən regional müşavirədə bildirib Onun sözlərinə görə, Dövlət Proqramında 150 min ton əlavə taxıl silolarının qurulması üçün dəstək mexanizmlərinin hazırlanması və tətbiqi nəzərdə tutulur. Bu istiqamətdə avadanlıqların qiymətinin 40%-nə güzəşt, 40-50%-nə isə kredit faiz subsidiyası tətbiq ediləcək İ.Qədimova bildirib ki, istehsalın artırılması ilə yanaşı, məhsulun düzgün saxlanması və bazara çıxarılması da vacib məsələlərdən biridir. Onun sözlərinə görə, saxlama imkanlarının məhdud olması fermerləri məhsulu dərhal və çox vaxt daha aşağı qiymətə satmağa məcbur edir ki, bu da onların gəlirlərinə mənfi təsir göstərir Nazirlik rəsmisi qeyd edib ki, taxıl silolarının yaradılması məhsul itkilərinin azaldılmasına, saxlanma şəraitinin yaxşılaşdırılmasına və ərzaq təhlükəsizliyinin gücləndirilməsinə töhfə verəcək


