Nazir: Hüququn dərslik kimi tədris olunmasındansa, müzakirələrlə öyrədilməsi daha məqsədəuyğundur
Hüquq fənninin dərslik kimi ayrıca və standart formatda tədris olunmasındansa, onun yaradıcı müəllimlər tərəfindən interaktiv dərslər, layihələr və müzakirələr vasitəsilə öyrədilməsini daha məqsədəuyğun hesab edirəm APA xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev “Azərbaycanda y

Hüquq fənninin dərslik kimi ayrıca və standart formatda tədris olunmasındansa, onun yaradıcı müəllimlər tərəfindən interaktiv dərslər, layihələr və müzakirələr vasitəsilə öyrədilməsini daha məqsədəuyğun hesab edirəm APA xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat hesabatının və “Uşaqlar və Hüquq” adlı kitabın təqdimat mərasimində bildirib “Hüquq bilikləri sadəcə dərs vəsaiti kimi deyil, həyat bacarığı kimi mənimsənilməlidir. Təxminən, 18 il əvvəl informatika fənninin məktəblərdə tədrisi ilə bağlı qərar qəbul edildi. Ancaq informatikanın keyfiyyətli tədrisi üçün yalnız dərslik kifayət etmir. Bunun üçün hazırlıqlı müəllimlər, texniki avadanlıq və uyğun infrastruktur da lazımdır. Təəssüf ki, həmin dövrdə bu məsələlər lazımi səviyyədə nəzərə alınmadı. Bu gün hamıya hüquq savadı vermək istəyiriksə, əvvəlcə bir sıra vacib suallara cavab tapmalıyıq: Bunun üçün hansı şərtlər yaradılmalıdır? Nə qədər dərs vəsaiti hazırlanmalıdır? Neçə müəllimə ehtiyac var? Şagirdlərin bilik və bacarıqları necə qiymətləndiriləcək? Bu suallar cavablandırılmadan hər hansı yeni fənnin məktəb proqramına daxil edilməsi düzgün yanaşma deyil", - nazir qeyd edib


