Tenqri
Ana Səhifə
Elm

Şəhid övladları üçün ənənəvi "Məzun Günü" tədbiri təşkil olunub

Şəhid övladları üçün ənənəvi "Məzun Günü" tədbiri təşkil olunub "Report" xəbər verir ki, tədbir "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin

0 baxışreport.az
Şəhid övladları üçün ənənəvi "Məzun Günü" tədbiri təşkil olunub
Paylaş:

Şəhid övladları üçün ənənəvi "Məzun Günü" tədbiri təşkil olunub "Report" xəbər verir ki, tədbir "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb Açılış nitqi ilə çıxış edən "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova məzun olan şəhid övladlarını təbrik edərək onların bu mühüm nailiyyətinin yalnız ailələri üçün deyil, bütün Azərbaycan cəmiyyəti üçün qürur mənbəyi olduğunu vurğulayıb Tədbirdə çıxış edən Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov məzun olan şəhid övladlarını təbrik edərək onların göstərdikləri əzmkarlığın və əldə etdikləri uğurların qürurverici olduğunu bildirib Tədbirdə iştirak edən dövlət rəsmiləri, millət vəkilləri və ictimai xadimlər də məzun olan gənclərə xoş arzularını çatdırıblar Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı, məzun Teymur Həşimovun anası Ofelya Salmanova da çıxışında şəhid ailələrinə göstərilən mənəvi dəstəyin əhəmiyyətindən danışıb və məzunlara gələcək həyatlarında uğurlar arzulayıb Rəsmi hissədən sonra tədbir geniş konsert proqramı ilə davam edib. Azərbaycanın tanınmış sənətçiləri və musiqi kollektivləri öz çıxışları ilə məzunlara unudulmaz anlar yaşadıblar Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler