Nazir: Buğda üzrə özünütəminat səviyyəsinin artırılması əsas prioritetlərdəndir
Azərbaycanda ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsi məqsədilə strateji məhsullar üzrə yerli istehsalın artırılması qarşıda duran əsas vəzifələrdən biridir AZƏRTAC xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Zəngilanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə regio

Azərbaycanda ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsi məqsədilə strateji məhsullar üzrə yerli istehsalın artırılması qarşıda duran əsas vəzifələrdən biridir AZƏRTAC xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Zəngilanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə regional müşavirədə çıxışı zamanı bildirib Nazir qeyd edib ki, son illərdə aqrar sahədə əldə olunan uğurlara baxmayaraq, bir sıra istiqamətlərdə əlavə tədbirlərə ehtiyac qalmaqdadır “Hazırda buğda üzrə özünütəminat səviyyəsi 55 faiz, bitki yağları üzrə 52 faiz, kərə yağı üzrə isə 62 faiz təşkil edir. Ərzaq təhlükəsizliyinin gücləndirilməsi üçün bu məhsullar üzrə yerli istehsalın artırılması xüsusi əhəmiyyət daşıyır”, – deyə Məcnun Məmmədov vurğulayıb Nazirin sözlərinə görə, qarşıdakı dövrdə aqrar siyasətin əsas istiqamətlərindən biri mövcud torpaq və su resurslarından daha səmərəli istifadə edilməsidir: “Məhdud resurslar şəraitində məhsuldarlığın yüksəldilməsi, müasir texnologiyaların tətbiqi və intensiv istehsal modelinə keçid aqrar sektorun davamlı inkişafı üçün vacib amillərdir. Yeni Dövlət Proqramında da əsas diqqət ərzaq təhlükəsizliyinin təmin edilməsinə, məhsuldarlığın artırılmasına, rəqabətqabiliyyətli istehsalın genişləndirilməsinə və aqrar sahədə dayanıqlı inkişafın təmin olunmasına yönəldilib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


