Qızılordada bir neçə gün əvvəl yoxa çıxan 6 yaşlı qızın meyiti tapılıb
Qızılorda Vilayəti Polis İdarəsinin yaydığı ilkin məlumatlara görə, qızın meyiti Aytek su elektrik kompleksindən təxminən 30 kilometr aralıda aşkar edilib Meyitin üzərində zorakılıqla ölüm əlamətləri aşkar edilməyib Bundan əvvəl bildirilmişdi ki, Mədinə Muratbekqızı iyunun 5-də axşam saatlarında

Qızılorda Vilayəti Polis İdarəsinin yaydığı ilkin məlumatlara görə, qızın meyiti Aytek su elektrik kompleksindən təxminən 30 kilometr aralıda aşkar edilib Meyitin üzərində zorakılıqla ölüm əlamətləri aşkar edilməyib Bundan əvvəl bildirilmişdi ki, Mədinə Muratbekqızı iyunun 5-də axşam saatlarında Rismaş mikrorayonunda, Sırdərya çayının sahilində yerləşən bəndin ərazisinə oynamağa çıxıb və bundan sonra evə qayıtmayıb Axtarışlara polis əməkdaşları, Milli Qvardiyanın əməkdaşları, Fövqəladə Hallar Departamentinin mütəxəssisləri, könüllülər, qızın yaxınları və yerli sakinlər cəlb olunub Axtarış tədbirləri bir neçə gün ərzində xüsusi texnika, pilotsuz uçuş aparatları, axtarış itləri və dalğıcların iştirakı ilə həyata keçirilib Hazırda hadisənin baş vermə şəraiti müəyyənləşdirilir İtkin düşən qızın fotoşəkili və onun xüsusiyyətləri haqqında məlumat meyitin tapılmasından 2 gün əvvəl bütün aidiyyatı ərazilərə paylanılıb


