Tenqri
Ana Səhifə
Dünya

Naxçıvanda yeni tikiş fabriki fəaliyyətə başlayıb

Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafı və yerli istehsalın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində “Naxçıvan Tikiş” ASC və “Pozitif” MMC-nin birgə fəaliyyəti nəticəsində Naxçıvan şəhərində yeni tikiş fabriki fəaliyyətə başlayıb Naxçıvan Muxtar Respubl

0 baxışazertag.az
Naxçıvanda yeni tikiş fabriki fəaliyyətə başlayıb
Paylaş:

Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafı və yerli istehsalın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində “Naxçıvan Tikiş” ASC və “Pozitif” MMC-nin birgə fəaliyyəti nəticəsində Naxçıvan şəhərində yeni tikiş fabriki fəaliyyətə başlayıb Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbir Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səslənməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev, əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə və Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya son illərdə Naxçıvanda özəl sektorun inkişafı, investisiya mühitinin yaxşılaşdırılması və ixracyönümlü yerli istehsalın təşviqi istiqamətində görülən işlərdən bəhs ediblər Dövlət başçısının Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının inkişafına göstərdiyi diqqətin növbəti nümunəsi olaraq 1 yanvar 2026-cı ildən tətbiq olunan vergi, gömrük və sosial sığorta güzəştlərinin önəmi xüsusilə vurğulanıb və sahibkarların yaradılan bu əlverişli imkanlardan istifadə edərək fəaliyyətlərini genişləndirdikləri, eyni zamanda yeni istehsal və xidmət sahələri yaratdıqları ifadə olunub Bildirilib ki, tekstil sahəsində yeni istehsal müəssisəsinin fəaliyyətə başlaması iqtisadi fəallığın artırılması, əhalinin məşğulluğunun təmin edilməsi və yerli məhsulların bazardakı payının genişləndirilməsi baxımından əhəmiyyət kəsb edir. Yeni fabrik, həmçinin Naxçıvanda qadınların məşğulluğunun artırılmasına imkan yaradır Çıxışlarda müəssisənin kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzulanıb, fabrikin muxtar respublikanın sosial-iqtisadi inkişafına töhfələr verəcəyinə əminlik ifadə olunub Müəssisə rəhbərliyi Naxçıvanda sahibkarlığın inkişafına göstərilən diqqət və dəstəyə görə dövlət başçısına minnətdarlığını ifadə edib. Ardınca açılış mərasimində iştirak edən qonaqlar fabrikdə yaradılan şəraitlə tanış olub, istehsal prosesi və gələcək fəaliyyət planları barədə məlumatlandırılıblar. Müəssisədə işçilər üçün müasir iş şəraiti ilə yanaşı, onların gündəlik qidalanması üçün imkanlar da yaradılıb Qeyd edək ki, müəssisədə Türkiyə istehsalı olan müasir texnoloji avadanlıqlar quraşdırılıb və istehsal prosesində əsasən adıçəkilən ölkədən idxal olunan parçalardan istifadə ediləcək. Fabrikdə müxtəlif növ tekstil məhsulları istehsal ediləcəkdir ki, bu məhsulların daxili bazarla yanaşı, xarici bazarlara ixracı da nəzərdə tutulur. Layihənin ilk mərhələsində 100 nəfərin məşğulluğunun təmin edilməsi, sonrakı mərhələdə isə işçi sayının 150 nəfərə çatdırılması planlaşdırılır 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler

Naxçıvanda yeni tikiş fabriki fəaliyyətə başlayıb | Tenqri