Tenqri
Ana Səhifə
Dünya

Naxçıvanda “Şərqin qapısı” teatr festivalı başlayıb

Naxçıvanda Ulu Öndər Heydər Əliyevin 103 illiyinə və Naxçıvan Teatrının 143 illiyinə həsr olunmuş “Şərqin qapısı” teatr festivalının açılış mərasimi keçirilib. Festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, C.Məmmədquluzadə adın

0 baxışazertag.az
Naxçıvanda “Şərqin qapısı” teatr festivalı başlayıb
Paylaş:

Naxçıvanda Ulu Öndər Heydər Əliyevin 103 illiyinə və Naxçıvan Teatrının 143 illiyinə həsr olunmuş “Şərqin qapısı” teatr festivalının açılış mərasimi keçirilib. Festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının təşkilatçılığı ilə reallaşıb Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, əvvəlcə festival iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər Açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin müavini, nazir səlahiyyətlərini müvəqqəti icra edən Həsən Seyidov Ulu Öndər Heydər Əliyevin teatr və ümumilikdə milli mədəniyyətimizin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edib. O bildirib ki, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və mədəniyyətimizin inkişafı istiqamətində Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət mədəniyyət və incəsənət xadimlərinə göstərilən yüksək dövlət qayğısının bariz nümunəsidir Qeyd olunub ki, 2026-cı il mayın 7-də imzalanan sərəncamlarla bir qrup incəsənət xadiminə Prezidentin fərdi təqaüdü və mükafatlarının təqdim edilməsi sənət adamlarına verilən yüksək dəyərin növbəti təzahürüdür. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasının mədəniyyət və incəsənət nümayəndələrinin də yer alması xüsusi vurğulanıb Naxçıvan Dövlət Milli Dram Teatrının direktoru Mir Qabil Əkbərov çıxışında festivalın Naxçıvan teatr mühiti üçün əhəmiyyətindən danışaraq, tədbirin teatrlararası yaradıcılıq əlaqələrinin inkişafına mühüm töhfə verəcəyini bildirib Mərasimin bədii hissəsində festival üçün xüsusi hazırlanmış “Naxçıvan təranələri” və “Şərqin qapısı” mahnıları teatrın gənc aktyorları Seyfəddin Məmmədli, Ləman Vəlizadə və Şəbnəm Qaybalıyeva tərəfindən ifa olunub Tədbirin davamında Naxçıvan teatrının aktyorlarının təqdimatında “Şüuraltı kölgələr” tamaşasından bir parça nümayiş etdirilib və tamaşaçılar tərəfindən maraqla qarşılanıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler