Türkiyə televiziyası nüvə silahından danışmağa başlayıb
Türkiyənin məşhur TVNet telekanalında yerli analitiklər İsraillə münasibətlərin pisləşməsi fonunda Ankaranın öz nüvə silahını yaratma ehtimalını müzakirə ediblər Siyasi şərhçi, professor Süleyman Seyfi Ogün bildirib ki, hazırda Türkiyənin nüvə proqramına malik olması ehtimalından danışmaq qorxulud

Türkiyənin məşhur TVNet telekanalında yerli analitiklər İsraillə münasibətlərin pisləşməsi fonunda Ankaranın öz nüvə silahını yaratma ehtimalını müzakirə ediblər Siyasi şərhçi, professor Süleyman Seyfi Ogün bildirib ki, hazırda Türkiyənin nüvə proqramına malik olması ehtimalından danışmaq qorxuludur, lakin o, bunu qəti qadağa kimi qiymətləndirmir. Nüvə faktorunun artıq bölgədə olduğunu qeyd edən Ogün Türkiyənin NATO üzvü olmasının alyans daxilində müəyyən imkanlara malik olduğunu vurğulayıb "İsrailə gəlincə, bu ölkənin çoxdan nüvə potensialı var, baxmayaraq ki, bu, rəsmi qeydiyyata alınmayıb. Bu, çox çətin sualdır. Amma İsrailin heç bir qeydiyyatı olmadan nüvə gücü varsa, o zaman Türkiyə bu boşluğu necə aradan qaldıracağını düşünməlidir", - o deyib Ogun həmçinin “Samson doktrinası” kimi tanınan İsrail prinsipini xatırladıb. Bu doktrinaya görə, İsrailin varlığına təhlükə yaranarsa, bu ölkənin ifrat güc tətbiq etmək imkanı var. Türkiyəli politoloq hesab edir ki, İsrail bu doktrinaya arxalanaraq nüvə kozırından istifadə edə bilər Bundan əlavə, Ogün Türkiyənin öz nüvə potensialını əldə etməsinin bölgədə zəncirvari reaksiyaya səbəb ola biləcəyini deyib. Türkiyəli politoloqun fikrincə, Türkiyədən sonra digər ölkələr, o cümlədən Yunanıstan da oxşar vəziyyəti müzakirə etməyə başlaya bilər. "Bu çox yaxşı bir inkişaf deyil" deyən Ogün, bu məsələyə son dərəcə ehtiyatla yanaşmaq lazım olduğunu söylədi Qeyd edək ki, müzakirə dünən Türkiyənin ilk uzunmənzilli hipersəs raketi Yıldırımxanın nümayişindən sonra baş tutub


