Musa Mərcanlı: İRS jurnalı 22 il ərzində Qərbi Azərbaycanla bağlı 150-dən çox material dərc edib
İRS jurnalı artıq 22 ildir nəşr olunur. Bu müddət ərzində Qərbi Azərbaycanla bağlı 22 dildə 150-dən çox material dərc edilib AZƏRTAC xəbər verir ki, bu fikirləri Bakı Dövlət Universitetinin Mədəni İrsi Araşdırmalar Mərkəzinin direktoru, İRS jurnalının baş redaktoru Musa Mərcanlı “Qərbi Azərbaycana

İRS jurnalı artıq 22 ildir nəşr olunur. Bu müddət ərzində Qərbi Azərbaycanla bağlı 22 dildə 150-dən çox material dərc edilib AZƏRTAC xəbər verir ki, bu fikirləri Bakı Dövlət Universitetinin Mədəni İrsi Araşdırmalar Mərkəzinin direktoru, İRS jurnalının baş redaktoru Musa Mərcanlı “Qərbi Azərbaycana qayıdış milli ideyanın yeni mərhələsi kimi” mövzusunda keçirilən birinci beynəlxalq elmi konfrans çərçivəsində təşkil olunmuş panel sessiyasında çıxışı zamanı səsləndirib Onun sözlərinə görə, görülən işlərə baxmayaraq, bu istiqamətdə beynəlxalq ictimaiyyətin məlumatlandırılması üzrə fəaliyyət hələ də kifayət deyil. Bundan əlavə, tədqiqatların və nəşrlərin mühüm hissəsi əsasən daxili auditoriyaya yönəlib. M.Mərcanlı hesab edir ki, bununla əlaqədar materialların xarici oxucular arasında yayılması istiqamətində iş gücləndirilməli və onlar müxtəlif dillərdə təqdim olunmalıdır O bildirib ki, Qərbi Azərbaycanla bağlı tarixi yaddaşın, mədəni irsin, toponimlərin və arxiv materiallarının qorunub saxlanılması gələcək nəsillər üçün böyük əhəmiyyət daşıyır Mərkəzin direktoru, həmçinin bu mövzu ilə bağlı beynəlxalq ictimaiyyətin daha geniş məlumatlandırılması məqsədilə elmi materialların müxtəlif dillərdə nəşri və yayılması işinə İRS jurnalının dəstək verməyə hazır olduğunu bildirib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


