Ümummilli Lider Heydər Əliyevin siyasi irsi Azərbaycan xalqı üçün daim yol xəritəsi olacaq ŞƏRH
Milli dövlətçilik tarixində elə şəxsiyyətlər var ki, onların adı yalnız bir dövrün deyil, bütöv bir xalqın taleyi ilə bağlı olur. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev də məhz belə nadir siyasi liderlərdən biridir. Onun həyat yolu və dövlətçilik fəaliyyəti müasir Azərbaycanın siyasi, iq

Milli dövlətçilik tarixində elə şəxsiyyətlər var ki, onların adı yalnız bir dövrün deyil, bütöv bir xalqın taleyi ilə bağlı olur. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev də məhz belə nadir siyasi liderlərdən biridir. Onun həyat yolu və dövlətçilik fəaliyyəti müasir Azərbaycanın siyasi, iqtisadi və milli inkişaf salnaməsinin əsasını təşkil edir. Bu gün ölkəmizin qazandığı uğurların təməlində də məhz Ulu Öndərin müəyyən etdiyi strateji inkişaf xətti dayanır Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sabir Hacıyev bildirib Onun sözlərinə görə, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlər xalqımızın milli özünüdərkinin gücləndiyi, dövlətçilik ənənələrinin formalaşdığı və gələcəyə inamın artdığı mühüm mərhələlər kimi yadda qalıb. Ötən əsrin 70-ci illərindən başlayaraq həyata keçirilən məqsədyönlü siyasət nəticəsində respublikada sənaye, elm, təhsil və mədəniyyət sahələrində böyük yüksəliş baş verdi. Həmin dövrdə yaradılan iqtisadi və intellektual potensial sonradan müstəqil Azərbaycanın inkişafında mühüm rol oynadı Deputat xatırladıb ki, 1990-cı illərin əvvəllərində ölkədə hökm sürən siyasi böhran və xaos Azərbaycanı ciddi təhlükələrlə üz-üzə qoymuşdu. Məhz belə bir ağır mərhələdə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev dövlətçiliyi xilas etdi, sabitliyi təmin etdi və ölkənin gələcək inkişaf strategiyasını müəyyənləşdirdi. Ulu Öndərin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmağa başladı, enerji layihələri vasitəsilə ölkənin iqtisadi gücü artdı “Ümummilli Lider Heydər Əliyevin ən böyük məqsədlərindən biri Azərbaycanın ərazi bütövlüyünün təmin olunması idi. O, hər zaman xalqda qələbəyə inam yaradır, güclü dövlət və güclü ordu konsepsiyasını ön plana çəkirdi. Bu siyasi kurs sonrakı illərdə Azərbaycanın hərbi və diplomatik imkanlarının daha da genişlənməsinə zəmin yaratdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan regionun ən güclü dövlətinə çevrildi. 2020-ci ildə qazanılan tarixi Zəfər xalqımızın milli birliyinin, dövlətimizin qüdrətinin və Heydər Əliyev siyasi kursunun məntiqi nəticəsi oldu. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edərək ölkəmizin ərazi bütövlüyünü bərpa etdi”, - deyə Sabir Hacıyev əlavə edib O, sonda qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi irsi Azərbaycan xalqı üçün daim yol xəritəsi olacaq, ölkəmizi bundan sonra da daha böyük nailiyyətlərə aparacaq 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər

Latviyada “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir təşkil olunub
