Tenqri
Ana Səhifə
Dünya

Ümumdünya Ətraf Mühit Günü münasibətilə ağacəkmə aksiyası təşkil olunub

5 iyun – Ümumdünya Ətraf Mühit Günü (WED) çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib "Report" xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb Aksiyada ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov, BMT-nin Ətr

0 baxışreport.az
Ümumdünya Ətraf Mühit Günü münasibətilə ağacəkmə aksiyası təşkil olunub
Paylaş:

5 iyun – Ümumdünya Ətraf Mühit Günü (WED) çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib "Report" xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb Aksiyada ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi vəzifəsini icra edən, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat, Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev, Nazirliyin rəsmiləri, UNEP nümayəndələri və ekokönüllülər iştirak ediblər Tədbir çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib Aksiyanın məqsədi Ümumdünya Ətraf Mühit Gününün əhəmiyyətini vurğulamaq, Azərbaycanın ətraf mühitin mühafizəsi, yaşıllaşdırma və iqlim dəyişiklikləri ilə mübarizə sahəsində həyata keçirdiyi təşəbbüsləri diqqətə çatdırmaq, eyni zamanda cəmiyyətdə ekoloji məsuliyyətin və təbiətə qayğı mədəniyyətinin təşviqidir Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler