Məhəmməd Əl-Cəsir: İslam İnkişaf Bankı Azərbaycanda yeni layihələrə hazırdır
İslam İnkişaf Bankı (İİB) Azərbaycanda yeni layihələrin həyata keçirilməsini səbirsizliklə gözləyir "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Əl-Cəsir deyib "Dünən işğaldan azad edilmiş ərazilərə səfər etmək mənim üçün böyük şərəf

İslam İnkişaf Bankı (İİB) Azərbaycanda yeni layihələrin həyata keçirilməsini səbirsizliklə gözləyir "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Əl-Cəsir deyib "Dünən işğaldan azad edilmiş ərazilərə səfər etmək mənim üçün böyük şərəf idi. Mən Füzulidə, Xankəndidə və Şuşada oldum - bunlar heyrətamiz mənzərəli yerlərdir. İki il əvvəl mən artıq Şuşada olmuşam, indi isə şəhər tanınmaz dərəcədə dəyişib. İnkişaf tempi, infrastrukturun yenilənməsi və əhəmiyyətli məscidlərin bərpası, o cümlədən, çox əhəmiyyətli obyektlərin, o cümlədən, abadlıq-quruculuq işləri aparılır Şuşadakı yeni məscid isə tikinti başa çatdıqdan sonra, şübhəsiz ki, əsl abidəyə çevriləcək”, - İİB rəhbəri bildirib M. Əl-Cəsir vurğulayıb ki, İİB nümayəndə heyətinin səfəri zamanı çox ətraflı və təsirli izahatlar təqdim olunub. “Bu səfərdən gözəl təəssüratlarla Ciddəyə yola düşürəm.Şuşa Azərbaycanın mədəniyyət paytaxtı statusunu bərpa edir Biz sənaye zonasında da olduq, işgüzar dairələrin nümayəndələri ilə görüşlər keçirdik. Onlar ölkənin iqtisadi artım və inkişaf potensialına böyük həvəs göstərdilər. Bizim burada olmağımız həm də İslam İnkişaf Bankının Azərbaycana sadiqliyini bir daha təsdiqləmək istəyindən irəli gəlir. Biz burada, Azərbaycanda yeni layihələrin həyata keçirilməsini səbirsizliklə gözləyirik. Çünki bu, böyük perspektivləri olan bir dövlətdir Bu, rəhbərliyi onu sürətli inkişaf yolu ilə aparan ölkədir. Burada iddialı gənclər yaşayır, mükəmməl təhsil alırlar, öz vətənlərinə, onun gələcəyinə səmimiyyətlə bağlıdırlar. Buna görə də mən Azərbaycana, onun prezidentinə, xalqına və hökumətinə ən xoş arzularımı bildirirəm və iyun ayında Bakıda İslam İnkişaf Bankı qrupunun illik toplantısının keçiriləcəyi zaman sizinlə görüşməkdən məmnun qalacağam”, - deyə İİB prezidenti əlavə edib


.jpg&w=2048&q=70)