Mütəxəssis: Dağ-mədən sənayesi dayanıqlı şəhərsalmanın təmin edilməsində strateji rol oynayır
Bu gün Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri milli resurslara əsaslanan dayanıqlı inkişaf modelinin formalaşdırılmasıdır. Dağ-mədən sənayesi həmin modelin mühüm elementlərindən biri hesab oluna bilər AZƏRTAC xəbər verir ki, bu barədə texniki elmlər üzrə fəlsəfə doktoru Azər Şükürovun

Bu gün Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri milli resurslara əsaslanan dayanıqlı inkişaf modelinin formalaşdırılmasıdır. Dağ-mədən sənayesi həmin modelin mühüm elementlərindən biri hesab oluna bilər AZƏRTAC xəbər verir ki, bu barədə texniki elmlər üzrə fəlsəfə doktoru Azər Şükürovun “Şəhərsalma və dağ-mədən sənayesi: Azərbaycanın dayanıqlı inkişaf modelində strateji əlaqə” mövzusunda məqaləsində qeyd olunub “Şəhərsalma, infrastruktur quruculuğu, regional inkişaf və məşğulluq siyasətinin uğurla həyata keçirilməsi üçün güclü mineral-xammal bazasının mövcudluğu vacib şərtdir. Belə ki, respublikamızın ərazisində geoloji-kəşfiyyat işlərinin davamlı aparılması yeni yataqların iqtisadiyyata cəlb edilməsi prioritet məsələlərdən biridir. Dağ-mədən sənayesinin inkişafı yalnız iqtisadiyyatın ayrı-ayrı sahələrinin deyil, bütövlükdə ölkənin şəhərsalma strategiyasının mühüm tərkib hissəsi kimi qiymətləndirilməlidir. Şəhərlərin və yaşayış məntəqələrinin qurulması üçün zəruri maddi resursların əsas mənbəyi kimi çıxış edən bu sahə milli iqtisadi təhlükəsizliyin, regional inkişafın və dayanıqlı şəhərsalmanın təmin edilməsində strateji rol oynayır. Azərbaycanın zəngin mineral ehtiyatları və genişmiqyaslı quruculuq proqramları fonunda dağ-mədən sənayesinin potensialından səmərəli istifadə ölkənin gələcək inkişafının mühüm təminatlarından biri kimi çıxış edir. Beləliklə, şəhərsalmanın milli mineral-xammal ehtiyatlarına söykənməsi və dağ-mədən sənayesinin regional inkişafda oynadığı rol kifayət qədər aktual və perspektivli yanaşmadır. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma işləri bu yanaşmanın praktik əhəmiyyətini və strateji dəyərini daha aydın şəkildə nümayiş etdirir”, - deyə məqalədə vurğulanıb Məqalə ilə daha ətraflı link vasitəsilə tanış olmaq mümkündür 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


