Tenqri
Ana Səhifə
Dünya

Mərkəzi Bankın əməkdaşları Sumqayıtda vətəndaşların müraciətlərini dinləyəcək

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vətəndaşlara göstərilən xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən təşəbbüslər davam etdirilir AMB-dən AZƏRTAC-a bildirilib ki, iyunun 15-də Sumqayıt şəhərində yerləşən 2 saylı “ASAN xidmət” mərkəzində (Ünvan: Sumqayıt şəhəri, Bulvar

0 baxışazertag.az
Mərkəzi Bankın əməkdaşları Sumqayıtda vətəndaşların müraciətlərini dinləyəcək
Paylaş:

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vətəndaşlara göstərilən xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən təşəbbüslər davam etdirilir AMB-dən AZƏRTAC-a bildirilib ki, iyunun 15-də Sumqayıt şəhərində yerləşən 2 saylı “ASAN xidmət” mərkəzində (Ünvan: Sumqayıt şəhəri, Bulvar küçəsi, 66) Azərbaycan Mərkəzi Bankının əməkdaşları vətəndaşlarla görüşəcək. Bu yanaşma görüş prosesində vaxt itkisinin azaldılması və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir Qeyd edək ki, cari ilin fevral ayından etibarən Mərkəzi Bank tərəfindən vətəndaşlarla görüş “ASAN-2” (Ünvan: Bakı şəhəri, 8 Noyabr prospekti, 23) və “ASAN-5” (Ünvan: Bakı şəhəri, Heydər Əliyev prospekti, 115) mərkəzlərində keçirilir Bakı şəhəri ilə yanaşı, regionlarda da vətəndaşlarla görüşlər keçirilməkdədir. Bu məqsədlə Naxçıvan Muxtar Respublikasında yerləşən “ASAN xidmət” mərkəzində (Ünvan: Naxçıvan şəhəri, Seyid Cəfər Pişəvəri, 7), Yevlax şəhəri, H.Əliyev prospekti 82 ünvanında, Biləsuvar şəhəri, H.Əliyev küçəsi, 2B ünvanında yerləşən Mərkəzi Bankın ərazi idarələrində vətəndaşlarla görüş otağı fəaliyyət göstərməkdədir. Eyni zamanda, Mərkəzi Bank tərəfindən il ərzində respublikanın müxtəlif rayon və şəhərlərində səyyar görüşlər təşkil olunur Vətəndaşlarla görüşlərlə bağlı əlavə məlumat üçün Mərkəzi Bankın “966” Çağrı Mərkəzinə müraciət etmək mümkündür 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler