Çolpon-Atada Kamçı Kolbayevə məxsus obyektin yaxınlığında silah anbarı aşkar edilib
Çolpon-Ata şəhəri yaxınlığında, mütəşəkkil cinayətkar qruplaşmanın ləğv edilmiş lideri K.Asanbekə məxsus keçmiş obyektin yaxınlığında silah-sursat anbarı aşkar edilib. Bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi məlumat yayıb. Hadisə yerinə baxış zamanı oradan 4 ədəd mişarlanmış

Çolpon-Ata şəhəri yaxınlığında, mütəşəkkil cinayətkar qruplaşmanın ləğv edilmiş lideri K.Asanbekə məxsus keçmiş obyektin yaxınlığında silah-sursat anbarı aşkar edilib. Bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi məlumat yayıb. Hadisə yerinə baxış zamanı oradan 4 ədəd mişarlanmış ov tüfəngi, 1 ədəd döyüş tapançası, həmçinin lüləli silahlar və maskalar götürülüb. Mövcud əməliyyat məlumatlarına görə, bu anbardan əvvəllər qanunsuz əməllər törədərkən odlu silahdan istifadə etmiş K.Asanbekin mütəşəkkil cinayətkar dəstəsinin üzvləri istifadə ediblər. Hazırda cinayət işi üzrə ibtidai istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir, müvafiq ekspertizalar təyin edilib. Hazırda işin bütün hallarının və iştirak edən şəxslərin müəyyən edilməsi istiqamətində iş aparılır


