Tenqri
Ana Səhifə
Dünya

Mərkəzi Bank Naxçıvanda vətəndaşlarla görüşlərin əlçatanlığını artırır

Vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və əlçatanlığın artırılması məqsədilə Mərkəzi Bank tərəfindən vətəndaşlarla görüşlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində müvafiq işlər görülməkdədir Mərkəzi Bankdan AZƏRTAC-a bildirilib ki, iyunun 8-dən etibarən Naxçıvan

0 baxışazertag.az
Mərkəzi Bank Naxçıvanda vətəndaşlarla görüşlərin əlçatanlığını artırır
Paylaş:

Vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və əlçatanlığın artırılması məqsədilə Mərkəzi Bank tərəfindən vətəndaşlarla görüşlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində müvafiq işlər görülməkdədir Mərkəzi Bankdan AZƏRTAC-a bildirilib ki, iyunun 8-dən etibarən Naxçıvan Muxtar Respublikasında yerləşən “ASAN xidmət” mərkəzində də (Ünvan: Naxçıvan şəhəri, Seyid Cəfər Pişəvəri, 7) vətəndaşlarla görüş keçiriləcək. Bu yanaşma vətəndaşlar üçün əlçatanlığın artırılmasına, qəbul prosesində vaxt itkisinin azaldılmasına xidmət edir Qeyd edək ki, cari ilin fevral ayından etibarən Mərkəzi Bank tərəfindən vətəndaşlarla görüş ASAN-2 (Ünvan: Bakı şəhəri, 8 Noyabr prospekti, 23) və ASAN-5 (Ünvan: Bakı şəhəri, Heydər Əliyev prospekti, 115) mərkəzlərində həyata keçirilir Bakı şəhəri ilə yanaşı, regionlarda da vətəndaşlarla görüşlər keçirilməkdədir. Bu məqsədlə Yevlax şəhəri, H.Əliyev prospekti 82 ünvanında, Biləsuvar şəhəri, H.Əliyev küçəsi 2B ünvanında yerləşən Mərkəzi Bankın ərazi idarələrində vətəndaşlarla görüş otağı fəaliyyət göstərməkdədir. Eyni zamanda, Mərkəzi Bank tərəfindən il ərzində respublikanın müxtəlif rayon və şəhərlərində səyyar görüşlər təşkil olunur Vətəndaşlarla görüşlə bağlı əlavə məlumat üçün Mərkəzi Bankın “966” Çağrı Mərkəzinə müraciət etmək mümkündür 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler