Mərkəzi Bank üç elektron pul təşkilatının lisenziyasını ləğv edib
Azərbaycan Mərkəzi Bankı (AMB) üç elektron pul təşkilatının lisenziyasını ləğv edib 525.az xəbər verir ki, bu barədə AMB-dən bildirilib Qeyd edilib ki, Mərkəzi Bankın İdarə Heyətinin 13 may 2026-cı il tarixli 22 nömrəli protokolu ilə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Res

Azərbaycan Mərkəzi Bankı (AMB) üç elektron pul təşkilatının lisenziyasını ləğv edib 525.az xəbər verir ki, bu barədə AMB-dən bildirilib Qeyd edilib ki, Mərkəzi Bankın İdarə Heyətinin 13 may 2026-cı il tarixli 22 nömrəli protokolu ilə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 54.1.1-ci maddəsinə əsasən “Azvvallet” Məhdud Məsuliyyətli Cəmiyyətinə 09 aprel 2025-ci il tarixli EPT-019 nömrəli, “Greentek Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə 18 sentyabr 2024-cü il tarixli EPT-013 nömrəli, “Guavapay” Məhdud Məsuliyyətli Cəmiyyətinə 09 aprel 2025-ci il tarixli EPT-018 nömrəli elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziyalar ləğv edilib


