Tenqri
Ana Səhifə
Dünya

Məqsəd 16 yaşınadək uşaqların internetə çıxışını deyil, sosial platformalara girişini məhdudlaşdırmaqdır

İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin əsas məqsədi 16 yaşınadək uşaqların internetə çıxışını deyil, sosial platformalara

0 baxışazertag.az
Məqsəd 16 yaşınadək uşaqların internetə çıxışını deyil, sosial platformalara girişini məhdudlaşdırmaqdır
Paylaş:

İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin əsas məqsədi 16 yaşınadək uşaqların internetə çıxışını deyil, sosial platformalara girişini məhdudlaşdırmaqdır AZƏRTAC xəbər verir ki, bu sözləri Mətbuat Şurasının İdarə Heyətinin üzvü Fərid Pərdəşünas şuranın təşəbbüsü ilə keçirilən ictimai müzakirədə deyib O qeyd edib ki, bu tələb uşaqlara deyil, sosial platformalara yönəlib “Belə ki, platformalar 16 yaşınadək şəxslərin xidmətlərdən istifadəsinin qarşısını almaq üçün effektiv yaş yoxlama və nəzarət mexanizmləri formalaşdırmalıdırlar. Eyni zamanda, heç bir ölkə öz vətəndaşlarının şəxsi məlumatlarının sosial platformalara ötürülməsində maraqlı deyil və belə bir yanaşmanı məqsədəuyğun hesab etmir”, - deyə Mətbuat Şurasının İdarə Heyətinin üzvü bildirib Fərid Pərdəşünas vurğulayıb ki, bu məsələdə əsas məsuliyyət və nəzarət valideynlərin üzərinə düşür. Valideynlər uşaqlarının rəqəmsal mühitdə fəaliyyətinə nəzarət etməli, onların təhlükəsiz internet istifadəsini təmin etmək üçün müvafiq tədbirlər görməlidirlər 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler