“Sülh körpüsü”: Hikmət Hacıyev dəyirmi masa iştirakçıları ilə görüşüb - FOTO / VİDEO
Qəbələ şəhərində “Sülh körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin iştirak etdiyi ikitərəfli dəyirmi masada Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüş keçiril

Qəbələ şəhərində “Sülh körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin iştirak etdiyi ikitərəfli dəyirmi masada Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüş keçirilib Caliber.Az xəbər verir ki, görüşdə Hikmət Hacıyev iştirakçılarla fikir mübadiləsi aparıb, Ermənistan nümayəndə heyətinin suallarını cavablandırıb. Görüşdə Azərbaycan hökumətinin Vaşinqtonda razılaşdırılmış sülh gündəliyinə sadiqliyi və ümumilikdə Vaşinqton Sammitinin ruhu vurğulanıb Bundan əlavə, iki ölkə arasında ticarət əlaqələrinin başlanması və Azərbaycan ərazisindən Ermənistana yüklərin tranzitinin təmin edilməsi qeyd edilib və TRIPP layihəsinin həyata keçirilməsinin regional atmosferin və nəqliyyat xəritəsinin dəyişməsinə xidmət edəcəyi vurğulanıb Hikmət Hacıyevin fikrincə, vətəndaş cəmiyyətləri arasında bu cür görüşlər və etimadın yaradılması tədbirləri Azərbaycan və Ermənistan arasında sülh gündəliyi üzrə danışıqlar kimi ikitərəfli xarakter daşımalıdır. Prezidentin köməkçisi vurğulayıb ki, yeni sarsıntılar və müharibələr fonunda Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi son dərəcə vacibdir


