Tenqri
Ana Səhifə
Dünya

Elm və təhsil naziri Türk Akademiyasının Elmi Şurasının 8-ci iclasında iştirak edib - foto

İyunun 8-də Türküstan şəhərində (Qazaxıstan) Türk Akademiyasının Elmi Şurasının 8-ci iclası keçirilmişdir İclasda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin elm və təhsil üzrə məsul qurumlarının rəsmi nümayəndələri, Türk Akademiyasının prezidenti Şahin Mustafayev iştirak edib İcla

0 baxışhaqqin.az
Elm və təhsil naziri Türk Akademiyasının Elmi Şurasının 8-ci iclasında iştirak edib - foto
Paylaş:

İyunun 8-də Türküstan şəhərində (Qazaxıstan) Türk Akademiyasının Elmi Şurasının 8-ci iclası keçirilmişdir İclasda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin elm və təhsil üzrə məsul qurumlarının rəsmi nümayəndələri, Türk Akademiyasının prezidenti Şahin Mustafayev iştirak edib İclasda Türk Akademiyasının bu illər ərzində fəaliyyəti, bu il həyata keçirdiyi layihə və tədbirlər, o cümlədən 2026-cı il üçün fəaliyyət planı, türk dünyasında prioritet tədqiqat istiqamətləri və yubileylər müzakirə edilib İclasda çıxış edən elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Türk Akademiyasının Elmi Şurasına sədrliyi dövründə ali təhsil müəssisələri ilə elmi institutlar arasında birgə tədqiqat təşəbbüslərinin, akademik mübadilənin və institusional əməkdaşlığın genişləndirilməsi istiqamətində gördüyü işlərdən danışıb Nazir Azərbaycanın elm və texnologiya sahəsində innovasiya yönümlü inkişaf modelinə xüsusi önəm verdiyini və əsas istiqamətlərə süni intellekt, biotexnologiya, kvant texnologiyaları, rəqəmsal transformasiya və bərpa olunan enerji kimi sahələrin daxil olduğunu qeyd edib. Nazir Türk Akademiyasının türk dünyasının ümumi elmi potensialının gücləndirilməsində, eləcə də tədqiqat mərkəzlərinin və bilik mübadiləsi mexanizmlərinin inkişafında mühüm rol oynadığını vurğulayıb. O, həmçinin Bakıda keçirilən Birinci Türk Qurultayının 100 illiyinə həsr olunmuş tədbirlərin türk dünyasının elmi, mədəni və dil irsinin qorunması və təbliği baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb İclasın yekununda Türk Elmlər Akademiyasının Elmi Şurasına sədrliyin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyindən Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyinə verilməsi və Elmi Şuranın 9-cu iclasının Qırğızıstan Respublikasında keçirilməsi qərara alınıb

Kaynak: haqqin.az

Diğer Haberler