Nazir Məmmədov əmin edib ki, Azərbaycanda su qıtlığı yoxdur
Su ehtiyatlarımızın 70 faizinin xaricdən gəlməsinə baxmayaraq, Azərbaycanda su qıtlığı problemi yoxdur. Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən “Müasir kənd təsərrüfatında kooperasiya dayanıqlı inkişafın əsası və ərzaq təhlükəsizliyinin təminatçısı kimi” mövzusunda panel müzaki

Su ehtiyatlarımızın 70 faizinin xaricdən gəlməsinə baxmayaraq, Azərbaycanda su qıtlığı problemi yoxdur. Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən “Müasir kənd təsərrüfatında kooperasiya dayanıqlı inkişafın əsası və ərzaq təhlükəsizliyinin təminatçısı kimi” mövzusunda panel müzakirəsi zamanı deyib Nazir qeyd edib ki, problem daha çox su təsərrüfatı ilə bağlıdır. Bu problemi həll etmək üçün hazırda müxtəlif addımlar atılır: su anbarlarının və su toplama sistemlərinin yaradılması işləri aparılır Nazir digər çıxışında bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fermer təsərrüfatları üçün minimum torpaq sahəsi 5 hektar olacaq. Kənd təsərrüfatı əvvəlki dövrlərdən fərqli yanaşır İşğaldan azad edilmiş ərazilərdə fermer təsərrüfatları üçün azı 5 hektar, investisiya layihələri üçün isə ən azı 20 hektar torpaq sahəsinin ayrılması nəzərdə tutulur. Ötən il 8 kənddə kənd təsərrüfatı təyinatlı torpaqların bərpası prosesinə başlanılıb. Hazırda kənd təsərrüfatı sahəsində 200-ə yaxın investisiya layihəsi təqdim olunub, onlardan 120-dən çoxu seçilərək təsdiq edilib. Bu layihələr tərəvəz və meyvə istehsalı, istixana təsərrüfatı, balıqçılıq və digər sahələri əhatə edir


