MƏHƏRRƏM DÜŞÜNCƏLƏRİ: İMAN, MƏSULİYYƏT VƏ İNSANLIQ
Məhərrəm ayı bizə şəhidliyin yalnız ölüm deyil, haqqın, ədalətin və müqəddəs dəyərlərin yolunda qazanılan əbədi həyat olduğunu öyrədir. Kərbəla məktəbi əsrlər boyu şəhidlik ruhunu yaşadaraq insanları vətənə, imana, vicdana və həqiqətə sədaqətə səsləmişdir Məhərrəm şəhidliyin ucalığını, Kərbəla isə

Məhərrəm ayı bizə şəhidliyin yalnız ölüm deyil, haqqın, ədalətin və müqəddəs dəyərlərin yolunda qazanılan əbədi həyat olduğunu öyrədir. Kərbəla məktəbi əsrlər boyu şəhidlik ruhunu yaşadaraq insanları vətənə, imana, vicdana və həqiqətə sədaqətə səsləmişdir Məhərrəm şəhidliyin ucalığını, Kərbəla isə haqq uğrunda can verməyin əbədiyyətə açılan yol olduğunu bütün insanlığa öyrədən ilahi məktəbdir. Kərbəla qanayan bir yaradır. Bu yara hansısa məzhəbin və ya təriqətin deyil, bütün müsəlmanların və haqqsevər insanların ortaq ağrısıdır. Kərbəlada şəhid olan islamın böyük şəhidi, İmam Hüseyn (ə) bütün Peyğəmbər (s) və Əhli-beyt sevərlərinin ortaq sevgisi və məhəbbət ünvanıdır. Onun müqəddəs mübarizəsi azadlığın, ləyaqətin və haqqın əbədi simvoluna çevrilmişdir Azərbaycanın şəhidlik məktəbinin formalaşmasında Kərbəla hadisəsinin misilsiz rolu və təsiri vardır. Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin mənəvi qaynaqlarından biri də məhz Kərbəla ruhu, İmam Hüseyn (ə) məktəbidir Allah-Təala Məhərrəm ayının bərəkətini dövlətimizin və xalqımızın üzərindən əskik etməsin. Bu mübarək ay xalqımızın birlik və bərabərliyinə, mənəvi dirçəlişinə, milli həmrəyliyinə və dövlətimizin daha da qüdrətlənməsinə vəsilə olsun


