Premyer Liqaya yüksələn Acun Ilıcalının "Hall Siti" klubu ilk bombanı partladıb
İngiltərə çempionatının pley-off finalında "Midlsbro"nu məğlub edərək Premyer Liqaya yüksələn Acun Ilıcalının sahibi olduğu "Hall Siti" liqada daimi qalmağı hədəfləyib. Britaniya komandası bu istiqamətdə heyəti gücləndirmək üçün hərəkətlərə başlayıb Daily Mail-in məlumatına görə; “Hall Siti” Çexiy

İngiltərə çempionatının pley-off finalında "Midlsbro"nu məğlub edərək Premyer Liqaya yüksələn Acun Ilıcalının sahibi olduğu "Hall Siti" liqada daimi qalmağı hədəfləyib. Britaniya komandası bu istiqamətdə heyəti gücləndirmək üçün hərəkətlərə başlayıb Daily Mail-in məlumatına görə; “Hall Siti” Çexiya millisinin dünya çempionatında çıxış edən 23 yaşlı qapıçısı Lukas Horniçek üçün Braqaya 12,5 milyon funt-sterlinq və bonuslar təklif edib Horniçeklə "Lids Yunayted", "İnter", "Milan" və "Portu" kimi önəmli klubların da maraqlandığı bildirilib. “Hall Siti”nin yay mövsümündə iki qapıçı transfer etməyi planlaşdırdığı və onların da “Bavariya”dan Aleksandr Nübellə danışıqlar apardığı, lakin alman qapıçının hazırda transferdə maraqlı olmadığı bildirilir Futbola Çexiyanın "Dobrikov" komandasında başlayan Horniçek daha sonra Pardubiçedə çıxış edib. 2019-cu ildə "Braqa"ya transfer olunan gənc qolkiper 2023-cü ildə A komandasına yüksəlib. O, ötən mövsüm "Braqa"nın heyətində 55 matçda iştirak edib, 51 qol vurub və 24 qapısını təmiz saxlayıb


