Məhəmməd Əl-Casir: Azərbaycanda yeni layihələrin icrasını səbirsizliklə gözləyirik
Dünən azad edilmiş əraziləri ziyarət etmək fürsəti əldə etdiyim üçün özümü çox xoşbəxt hiss etdim. Füzulidə oldum, Xankəndini ziyarət etdim, həmçinin çox gözəl bir məkan olan Şuşada oldum. İki il əvvəl də orada olmuşdum, amma indi şəhər tamamilə fərqli görünür AZƏRTAC xəbər verir ki, bu barədə jurn

Dünən azad edilmiş əraziləri ziyarət etmək fürsəti əldə etdiyim üçün özümü çox xoşbəxt hiss etdim. Füzulidə oldum, Xankəndini ziyarət etdim, həmçinin çox gözəl bir məkan olan Şuşada oldum. İki il əvvəl də orada olmuşdum, amma indi şəhər tamamilə fərqli görünür AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Əl-Casir deyib O bildirib ki, həqiqətən də inkişaf səviyyəsi, infrastrukturun bərpası, məscidlər kimi mühüm tikililərin yenidən qurulması və Şuşada inşa edilən yeni məscid çox təsiredicidir və o məscid tamamlandıqda əsl simvola çevriləcək. “Bütün bu inkişafları görmək məni çox sevindirdi. Daha sonra biz universiteti və sənaye zonasını da ziyarət etdik. Biz iş adamları ilə də görüşdük. Onlar ölkənin inkişaf və böyümə potensialı barədə çox həvəsli və nikbin görünürdülər. Biz bura həm də, İslam İnkişaf Bankının Azərbaycana sadiqliyini bir daha təsdiqləmək üçün gəlmişik. Azərbaycanda yeni layihələrin icrasını səbirsizliklə gözləyirik. Çünki bu ölkə böyük perspektivlərə malikdir. Bu ölkənin inkişafını sürətli şəkildə irəli aparan rəhbərliyi var və eyni zamanda ölkəsini sevən, onun gələcəyinə inanan, çox yaxşı təhsil almış və ambisiyalı gəncləri var. Beləliklə, Ciddəyə bu səfərlə bağlı çox gözəl xatirələrlə qayıdıram. Şuşa yenidən Azərbaycanın mədəniyyət paytaxtına çevrilir Mən Azərbaycana, onun prezidentinə, xalqına və hökumətinə ən xoş arzularımı bildirirəm və gələn ilin iyun ayında İslam İnkişaf Bankının illik toplantılarının yenidən Bakıda keçiriləcəyi vaxt sizinlə görüşməyi səbirsizliklə gözləyirəm", - deyə Məhəmməd Əl-Casir qeyd edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər

Latviyada “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir təşkil olunub
