Tenqri
Ana Səhifə
Elm

Mədəniyyət naziri: Bakı Dövlət Universiteti Azərbaycan elminin və təhsilinin flaqmanıdır

Bakı Dövlət Universiteti (BDU) Azərbaycan elminin və təhsilinin flaqmanı hesab olunur. Bu ali təhsil müəssisəsi bütövlükdə Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsidir. Qədim və zəngin Azərbaycan mədəniyyətini təmsil edən BDU ölkənin elmi və mədəni xəzinəsinə mühüm töhfələr verib. Ulu Öndər

0 baxışazertag.az
Mədəniyyət naziri: Bakı Dövlət Universiteti Azərbaycan elminin və təhsilinin flaqmanıdır
Paylaş:

Bakı Dövlət Universiteti (BDU) Azərbaycan elminin və təhsilinin flaqmanı hesab olunur. Bu ali təhsil müəssisəsi bütövlükdə Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsidir. Qədim və zəngin Azərbaycan mədəniyyətini təmsil edən BDU ölkənin elmi və mədəni xəzinəsinə mühüm töhfələr verib. Ulu Öndər Heydər Əliyev Bakı Dövlət Universitetini Azərbaycan xalqının milli sərvəti adlandırıb AZƏRTAC xəbər verir ki, bu fikirləri mədəniyyət naziri Adil Kərimli BDU-nun “Məzun günü”ndə deyib. O bildirib ki, BDU milli sərvətimiz və mühüm mədəni dəyərimizdir: “Bu mədəni dəyərin formalaşdırdığı təhsil ekosistemi və akademik mühit minlərlə gəncin yetişməsinə xidmət edir. Universitet ölkəmizin güclənməsinə, inkişafına və tərəqqisinə töhfə verir, gənclərimiz üçün mühüm həyat məktəbi rolunu oynayır Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət elm və təhsil siyasətinin uğurla icrasında Bakı Dövlət Universitetinin böyük xidmətləri var. Bu gün də qeyd olunduğu kimi, universitetin dünya ali təhsil müəssisələri arasında əldə etdiyi yüksək reytinq təsadüfi deyil. Bu nailiyyətlər burada çalışan müəllimlərin, alimlərin, texniki heyətin və tələbələrin zəhməti, əzmkarlığı və fədakarlığı sayəsində qazanılıb İnanıram ki, Bakı Dövlət Universiteti bundan sonra da dövlətimizi, Azərbaycanımızı və onun dəyərlərini dünyada layiqincə tanıtmağa davam edəcək, dünya elmində, təhsilində və mədəniyyətində ölkəmizin mövqeyinin möhkəmlənməsinə öz davamlı töhfələrini verəcək” 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler

Mədəniyyət naziri: Bakı Dövlət Universiteti Azərbaycan elminin və təhsilinin flaqmanıdır | Tenqri